Bakı bu gün necə qorunacaq? - 12 min polis, 642 videomüşahidə...
Tarix: 12-05-2017 | Saat: 11:48
Bölmə:Karusel / Gündəm / M2 / Həftə-Reytinq | çapa göndər
IV İslam Həmrəyliyi Oyunlarına rəsmən bu gün start verilsə də, bəzi idman növləri üzrə yarışlar bir neçə gün əvvəl başlayıb. Təbii ki, oyunlarda təhlükəsizliyin təmin olunması əsas diqqət mərkəzində olan məsələlərdən biridir.
Bakının bugünkü təhlükəsizlik məsələləri ilə bağlı "Azərbaycan" qəzeti kiçik araşdırma aparıb.
Qəzet xatırladır ki, aprelin 21-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında daxili işlər naziri Ramil Usubov bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən ciddi hazırlıq işlərinə başlanılıb. Dövlət başçısının qarşıya qoyduğu vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün nazirlikdə xüsusi tədbirlər planı təsdiqlənərək icraya yönəldilib.
Oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb. Bütövlükdə daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq.
Asayişin qorunmasında iştirak edəcək əməkdaşların professional hazırlığının, o cümlədən etik davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi treninqlər təşkil edilib.
Cari ilin mart və aprel aylarında təhlükəsizlik qüvvələrinin və vasitələrinin oyunların keçiriləcəyi obyektlərdə perimetr boyu, eləcə də sektorlar üzrə yerləşəcəyi nöqtələr konkretləşdirilib. Nəzarət-buraxılış məntəqələri, xüsusi təyinatlı və mühəndis istehkam qruplarının xidmət aparacağı bütün yerlər yoxlanılıb, şəxsi heyətə vəzifələri izah edilib, köməkçi qərargahların təlim-məşqləri keçirilib.
Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək digər işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələrin icrası yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək. Yol hərəkətinin təşkili üzrə fəaliyyət çərçivəsində paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor quraşdırılıb, küçə və yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri aparılıb.
Yarış iştirakçılarının daşınmasına cəlb olunan nəqliyyat vasitələrini idarə edəcək şəxslərin seçiminə də xüsusi diqqət yetirilib, peşəkarlıq səviyyəsi yoxlanılıb. Nəticədə 1918 nəfərdən 158 sürücü seçimdən kənarlaşdırılıb, habelə namizədliyi təsdiqlənmiş sürücülər üçün cari ilin mart ayında müvafiq tədris proqramı əsasında nəzəri və praktiki təlimlər keçirilib.
İctimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir. Ümumilikdə bu gün respublikada "Təhlükəsiz şəhər" sisteminin 3270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir.
I Avropa Oyunları ərəfəsində alınmış 3000 radiostansiya, 1000 metal detektor, 700 planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat qurğusu və 330 "IPatrol" mayak, habelə "BMW" və "Mercedes" markalı 837 xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı istifadə ediləcək.
Onu da qeyd edək ki, Oyunlarda təhlükəsizlik tədbirlərini ayrı-ayrı dövlət orqanları əlaqələndirilmiş şəkildə həyata keçirəcək. Əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, Azərbaycanın təhlükəsizlik strukturları tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının da təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcək.
Xəbəri paylaş
6748 dəfə oxunub.
Digər xəbərlər

2-07-2016, 18:12
İstanbul terrorunun başı - Tək qol və tək ayaqlı çeçen - FOTO
11-04-2015, 16:28
Mehriban Əliyeva: Bakı bütün Avropanı qəbul etməyə hazırdır – FOTO
27-09-2023, 09:21
"Bazarstore"dən şokolad oğurlayan şəxs nəzarətçini bıçaqladı
13-05-2023, 09:00
Bu ölkədə zibil atmağa görə hədiyyə veriləcək
4-07-2016, 20:38
Ruslar AST Telmanı xilas edir
8-12-2015, 22:06
Rusiyalı jurnalistləri Türkiyədən qovdular
18-04-2022, 08:47
Niyam onunla evlənirəm demişdi, Aynur pərt etdi - Özüm boyda oğlum var
7-02-2016, 12:46
Bəşər Əsədin anası vəfat etdi