Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kişinin qadını incitməsi onun haqqına girmək sayılırmı?
Tarix: 11-05-2017 | Saat: 19:40
Bölmə:Karusel / İbadət | çapa göndər



Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər onlardan bir dərəcə üstündürlər". (əl-Bəqərə, 228).
Bəli, kişinin qadını incitməsi onun haqqına girmək sayılır və Qiyamət günü bu barədə cavab verəcək. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü hər kəsin haqqı veriləcək; hətta buynuzsuz qoç buynuzlu qoçdan (onu vurduğuna görə) öz haqqını alacaq”. (Müslim, əl Birr vəl-Silə vəl Ədəb, 4679)
O (sallallahu aleyhi və səlləm) həmçinin demişdir: “Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz.” (Buxari, 2554; Müslim, 1829)
Qadının haqlarından biri də ərinin ona dini öyrətməsidir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun(ət-Təhrim, 6). Kişi ailə başçısı olduğu üçün bu söz ilk növbədə ona aiddir.
Ümumən ailə problemlərinin həllinin açarı İslamı yaxşı öyrənmək, Allahın əmrlərini yerinə yetirmək, qadağalarından çəkinmək və bu yolda səbirli olmaqdadır.
Unutmaq olmaz ki, qadının cənnəti qazanması üçün şərtlərdən biri də ərinə itaət etməsidir. Peyğəmbər demişdir: «Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol –deyilər…» (Əhməd 1661)
(zikr.az)


Xəbəri paylaş

6648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___