Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycana Çin istehsallı dərmanların gətirilməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Tarix: 10-05-2017 | Saat: 15:03
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


 Səhiyyə Nazirliyi Çin istehsallı bəzi dərmanların Azərbaycana Avropa şirkətlərinin istehsalı olan dərmanlar kimi gətirilməsinə münasibət bildirib.
Xəbəraz.az trend-ə istinadən xəbər verir ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə bildirib ki, Azərbaycana gətirilən bütün dərmanların keyfiyyəti diqqətlə öyrənilir, hər birinin seriyası ciddi şəkildə yoxlanıldıqdan sonra onların idxalına icazə verilir:
"Azərbaycana birbaşa olaraq Çin istehsallı dərmanlar gətirilmir. Ümumiyyətlə, dünyanın aparıcı şirkətlərinin Çində də müəssisələri var. Dünyada qəbul edilən qaydalara görə, hər hansı bir istehsalçı öz dərmanlarını Çində də istehsal edə bilər. Avropanın aparıcı şirkətləri belə, ucuz işçi qüvvəsinə görə öz istehsallarını Çində də, Cənubi Koreyada da qura bilərlər. Əgər həmin şirkətin rəsmi lisenziyası varsa, belə dərmanların Azərbaycana idxalına icazə verilir. Amma lisenziya olmadıqda, buna birmənalı şəkildə icazə verilmir".
Nazir müavini əlavə edib ki, dünyanın əksər dərman şirkətləri Çinin xammalından istifadə edir: "Dünyada dərman bazarında xammalın əsas mənbəyi Çindədir".


Xəbəri paylaş

5438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___