Papa azərbaycanlı gömrük zabitini keşiş təyin etdi
Tarix: 07-05-2017 | Saat: 19:42
Bölmə:Karusel / İbadət | çapa göndər
Roma Papası Fransisk bu gün 10 keşiş təyin edib, onlardan biri Azərbaycandandır.
Xəbəraz.az virtual.org a istinadən xəbər verir ki, bu barədə Vatikanın "Katolik xəbərləri agentliyi" məlumat yayıb.
Məlumata görə, Roma Papası yeni təyin edilən keşişləri "hər şeydə İsaya oxşamağa, ikiüzlülükdən çəkinməyə və insanlara İsa kimi sevgi və rəğbətlə xidmət etməyə çağırıb".
Nəşr qeyd edir ki, təyin edilən keşişlər əslən İtaliya, Meksika, Peru və Azərbaycandandırlar.
Papa Fransisk öz xütbəsini bu sözlərlə qurtarıb: "Sizin qarşınızda həmişə Xeyirxah Keşişin nümunəsi dayanmalıdır, hansı ki, xidmət etmək üçün gəlmişdi, onun üçün yox ki, ona xidmət etsinlər".
Qeyd edək ki, Behbud Mustafayev pontifiklə şəxsən tanışdır, 2016-cı ilin oktyabrında Papa Bakıda apostol səfərində olarkən ona dyakon kimi qulluq göstərib.
Behbud Mustafayev 1982-ci il martın 13-də Azərbaycanda anadan olub və burada böyüyüb. Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışıb. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilib. 2011-ci ildə Sankt-Peterburqdakı "Məryəm - Həvarilərin Məlikəsi" seminariyasına qəbul olunub.
B.Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.
Xəbəri paylaş
9448 dəfə oxunub.
Digər xəbərlər

11-02-2022, 11:25
Uşağın oğlan olmasını istəyən hamilə qadın mollaya getdi: Dəhşətli hadisə ilə üzləşdi - FOTOlar
15-03-2017, 16:48
Ötən gün 7 nəfər tonqalda xəsarət alıb
30-03-2017, 20:34
"WhatsApp"da virus YAYILDI
16-06-2016, 17:25
Səfil və uğursuz "uşaq": Sərkisyan özünü ifşa etdi
22-04-2015, 13:49
Baş məşqçinin şalvarı cırıldı - fotolar
10-03-2016, 10:32
Jerar Depardyenin qızı qadınla sevgilidir (FOTO)
18-06-2021, 10:36
Nigar Şabanova hərbçi nişanlısı ilə FOTOsunu paylaşdı
6-02-2017, 19:06
DİQQƏT: Bir diş sarımsağı su ilə udsanız...
13-09-2016, 10:34
Siqaretdən bu gün imtina edin!
17-08-2022, 11:40
Azərbaycanda 12 məhsulun enerji içkisi olmadığı aşkarlandı: Almayın, saxta imiş...