Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Onları heç kim “yoldan çıxarda” bilmədi: Ən sadiq 11 oyunçu - FOTO
Tarix: 07-05-2017 | Saat: 19:23
Bölmə:Karusel / İdman | çapa göndər


Bəzi futbolçular var ki, özlərini müxtəlif çempionarlarda, komandalarda sınamağı sevirlər. Bir digər qism oyunçular isə hər zaman, bütün şərtlərdə doğma komandalarına sadiqdilər. Belə oyunçular artıq həm komandasının, həm də bütün dünya futbolunun tarixində özlərinə yer ediblər.
 
Apasport.az saytı həmin futbolçulardan ibarət ən yaxşı “11-liy”i təqdim edir.
 
Qapıçı
Lev Yaşin – “Dinamo” Moskva (24 il)
 
Swedish forward Kurt Hamrin (R) battles for the ba
 
“Qızıl top”u qazanmış yeganə qapıçı olan əfsanəvi “çərçivə qoruyucusu” 1947-1971-ci illər aralığında Moskva "Dinamo"sunun qapısını qoruyub.
 
 
Müdafiəçilər
Ceymi Karager – “Liverpul” (16 il)
 
Liverpool v Manchester United - Premier League
 
İngiltərə millisində çıxış etmiş Karrager 9 yaşında Mersisaydın digər təmsilçisi “Everton”a keçsə də, cəmi bir il sonra qırmızı formanı geyinib. Bundan sonra uşaq, gənc və peşəkar karyerası tamamilə “Liverpul”a bağlı olan Ceymi 1997-2013-cü illərdə sevimli komandasının uğurları üçün tər töküb.
 
 
Karles Puyol – “Barselona” (15 il)
 
Barcelona's captain defender Carles Puyo
 
1995-də La Masiyadan başlayan səyahət düz 2014-cü ildə elə həmin şəhərdə, həmin məkanda başa çatdı. Puyol ardıcıl olaraq “Barselona”nın C və B komandalarında oynadıqdan sonra 1999-cu ildən əsas komandada çıxış etməyə başladı. Əfsanəvi müdafiəçi 15 ildə 481 rəsmi matça çıxdı.
 
 
Franko Barezi – “Milan” (20 il)
 
Roberto Baggio of Juventus and Franco Baresi of AC Milan
 
Bütün futbol həyatı ilə bir klub bağlı olan sadiqlərdən biri də “Milan”ın əfsanəsi Barezidir. Franko 1977-1997-ci illərdə, tam 20 il “qırmızı-qara” formanı əynindən çıxarmadı.
 
 
Paolo Maldini – “Milan” (24 il)
 
AC Milan v AEK Athens
 
Barezi kimi Maldini də hər zaman doğma komandasına sadiq qalan oyunçu olub. “Milan” sevgisini qanında daşıyan Paolo atasından qalan formanı 1985-2009-cu illər arasında şərəflə tərlədib.
 
 
Yarımmüdafiəçilər
Daniele De Rossi – “Roma” (16 il)
 
AS Roma v SS Lazio - Serie A
 
2001-ci ildən “canavarlar”ın heyətində çıxış edən De Rossi canlı əfsanə Totti ilə birlikdə komandasına sadiq qalmağı bacarıb.
 
 
Pol Skoulz – “Mançester Yunayted” (20 il)
 
Manchester City v Manchester United - Premier League
 
1993-2013-cü illərdə 20 il “qırmızı şeytan”a qulluq edən Skoulz karyerasını da elə burda başa vurdu.
 
 
Rayan Giqqz – “Mançester Yunayted” (24 il)
 
Manchester United v Sunderland - Premier League
 
16 yaşında gəldiyi “Mançester Yunayted”i bir də 40 yaşında karyerasını başa vuraraq tərk edən uelsli oyunçu etibarı ilə seçilənlərdəndi.
 
 
Hücumçular
Lionel Messi – “Barselona” (13 il)
 
FC Barcelona v Athletic Bilbao - Copa del Rey
 
2004-cü ildən bəri “Barselona”da çıxış edən super ulduz 13 ildir dünyanın ən güclü futbolçularından biridir. Hələ ki, komandasını dəyişmək haqqında düşünməyən Messi 13 ildir ki, kataloniyalılara sadiqdi.
 
 
Rikardo Boşini – “İndependiente” (19 il)
 
FBL-WC2014-ARGENTINA-TROPHY
 
1972-ci ildən 1991-ci ilə kimi “İndependiente”də oynayan “El Maestro” ləqəbli Boşini Argentina millisində də Maradona ilə komanda yoldaşı olub.
 
 
Françesko Totti – “Roma” (25 il)
 
FBL-ITA-SERIEA-ROMA-LAZIO-DERBY
 
1992-ci ildən “canavarlar”ın formasını geyinən əfsanə 40 yaşında da doğma “Roma”sına sadiqdir. 


Xəbəri paylaş

9148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___