Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oğuzda dəhşətli partlayış - Ana və oğlu yaralandı - YENİLƏNİB - VİDEO
Tarix: 06-05-2017 | Saat: 12:03
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər



11:24
Oğuzun Calut kəndində Mərdan Həsənovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.
Xəbəraz.az ARB TV-yə istinadla xəbər verir ki, tikilinin pəncərələri sınıb, 12 kvm. sahə əşyalarla birgə yarasız hala düşüb. 57 yaşlı Leyla Həsənova və oğlu, 37 yaşlı Elnur Həsənov bədənlərinin 3-cü dərəcəli termiki yanıq xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olublar.
Onlara lazımı tibbi yardım göstərildikdən sonra vəziyyətlərini nəzərə alaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.
Yaxınlarının sözlərinə görə, qazın üstündə olan yemək daşaraq qazı söndürüb, nəticədə evə qaz sızıb. Ev sahiblərindən biri qazı yenidən yandırmaq istəyərkən partlayış baş verib. Faktla bağlı araşdırma aparılır. 
-----------------
05.05.2017
10:23
Oğuzda fərdi yaşayış evində qaz sızmasından partlayış olub, ana və oğlu xəsarət alıb. 
Xəbəraz.az xəbər verir ki, Oğuz Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, mayın 4-ü saat 18:30 radələrində rayonun Calut kənd sakinləri - 1961-ci il təvəllüdlü Leyla Talıb qızı Həsənova və onun oğlu, 1980-ci il təvəllüdlü Elnur Mərdan oğlu Həsənov bədənlərinin 3-cü dərəcəli termiki yanıq xəsarətləri ilə xəstəxanaya daxil olublar.
Ana və oğluna xəstəxanada lazımı tibbi yardım göstərildikdən sonra vəziyyətlərini nəzərə alaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.
 
Oğuz Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə Leyla və Elnur Həsənovların yaşadığı evdə olub. Qaz sızması nəticəsində anidən alovla müşahidə edilən partlayış baş verib.
 
Faktla bağlı araşdırma aparılır. 

 


Xəbəri paylaş

6908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___