Bir qadına görə iki qardaşı öldürdü
Tarix: 05-05-2017 | Saat: 21:49
Bölmə:Karusel / Hadisə | çapa göndər
Buna Zaurla onların arasında mübahisə yaranması səbəb olub.
Hadisə nəticəsində Rəhimov qardaşları ölüb. Cinayəti törədən Zaur hadisə yerindən qaçıb. Səhəri gün Qaradağ Rayon Polis İdarəsi 38-ci bölməsinin əməkdaşları Zaur Tərlanov yaxalayıblar.
İlkin dindirmə zamanı o, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Zaur Tərlanovun qeyri-rəsmi yaşadığı Xanım Aslanova həm də mərhum Cavidlə münasibətdə olub. Cinayət bu məsələ üstündə baş verib.
Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən "Bank Standard"ın əməkdaşı olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zaur Tərlanovun vəkilləri apelyasiya şikayəti veriblər. Onlar Zaur Tərlanovun müddətli cəza verilməsini istəyiblər.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Zaur Tərlanovun apelyasiya şikayəti üzrə qərar elan edilib. Zaur Tərlanovun şikayəti təmin edilməyib.
Xəbəri paylaş
8188 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-05-2017 | Saat: 21:49
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bu gün Bakı Apelyasiya Məhkəməsində Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Zaur Tərlanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Xəbəraz.az teleqraf.com-a istinadən xəbər verir ki, 2015-ci il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov yol kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri - 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavidə "Vinçester" markalı odlu silahdan bir neçə atəş açıb.Buna Zaurla onların arasında mübahisə yaranması səbəb olub.
Hadisə nəticəsində Rəhimov qardaşları ölüb. Cinayəti törədən Zaur hadisə yerindən qaçıb. Səhəri gün Qaradağ Rayon Polis İdarəsi 38-ci bölməsinin əməkdaşları Zaur Tərlanov yaxalayıblar.
İlkin dindirmə zamanı o, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Zaur Tərlanovun qeyri-rəsmi yaşadığı Xanım Aslanova həm də mərhum Cavidlə münasibətdə olub. Cinayət bu məsələ üstündə baş verib.
Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən "Bank Standard"ın əməkdaşı olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zaur Tərlanovun vəkilləri apelyasiya şikayəti veriblər. Onlar Zaur Tərlanovun müddətli cəza verilməsini istəyiblər.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Zaur Tərlanovun apelyasiya şikayəti üzrə qərar elan edilib. Zaur Tərlanovun şikayəti təmin edilməyib.
Xəbəri paylaş
Digər xəbərlər
15-07-2016, 16:52
Bakıda küçəyə atılmış qız uşağı tapıldı
29-01-2016, 20:48
İnternet mediaya dövlət tərəfindən maliyyə yardımı ayrıla bilər
26-11-2015, 12:32
Avtovağzalın qarşısındakı yolda çökmə yenidən aktivləşdi
4-01-2022, 11:35
Lənkəranda sərxoş sürücü qəza törətdi, 80 ailəni qazsız qoydu - FOTO
22-02-2017, 20:10
Neft Daşlarında hadisə - Kabel körpüsündən yıxılaraq öldü
12-11-2015, 16:29
MTN əməliyyat keçirdi: Saxlananlar var
10-08-2022, 12:27
Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO
26-10-2015, 10:27
Bakıda səfirlik maşınına hücum edən şəxs tutuldu
28-04-2017, 00:21
Məşhur model Türkiyə vətəndaşı oldu - fotolar