Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Səbirsizliklə gözləyirəm” - FOTO
Tarix: 05-05-2017 | Saat: 21:47
Bölmə:Karusel / İdman / Foto-fakt | çapa göndər



İyunun sonlarında tennis həvəskarlarının diqqəti Böyük Britaniyada qadınlar arasında keçiriləcək "İstborn" turnirinə yönələcək.
Xəbəraz.az apasport.az a istinadən xəbər verir ki, WTA seriyalı yarışdan sonra ən böyük turnir sayılan "İstborn"da bir çox ulduz tennisçi mübarizə aparacaq.
Yarışın favoritləri arasında göstərilən Karolina Voznyatski hədəfinin çempionluq olduğunu bildirib. 27 yaşlı danimarkalı 2009-cu ildəki uğurunu təkrarlamaq arzusundadı: "İstborn" ən çox sevdiyim turnirlərdən biridi. 2009-cu ildə burdakı kuboku başım üzərinə qaldırmışam. Bunu təkrarlamaqdan məmnunluq hissi duyaram. Yarışın başlamasını səbirsizliklə gözləyirəm".

İstborn" turnirinin direktoru Qavin Fletçer də yarışa böyük idmançıların qatılacağını vurğulayıb: "Builki turnirdə dünya səviyyəli tennisçilərin iştirak etməsi bizi həyəcanlandırır. Karolina Voznyatski və Svetlana Kuznetsova burdakı azarkeşlər arasında olduqca populyardırlar. Sabiq çempionların yenidən üz-üzə gəlmələrinə ümid edirik".
Sayca 43-cü dəfə təşkil ediləcək və mükafat fondu 1,4 milyon dollar olan turnir iştirakçılarının tam tərkibi mayın 15-də dəqiqləşəcək. Hələlik Aqnyeşka Radvanska, Karolina Plişkova, Yohanna Konta, Karolina Voznyatski, Svetlana Kuznetsova, Dan Evans və son çempion Dominika Çibulkovanın qatılacağı məlumdur.
Qeyd edək ki, "İstborn" turniri 25 iyun - 1 iyul tarixləri aralığında keçiriləcək.



Xəbəri paylaş

7798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___