Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həyat yoldaşını dahiyə çevirən 8 qadın - FOTOLAR
Tarix: 05-05-2017 | Saat: 20:59
Bölmə:Karusel / Dünya / Maraqlı / Foto-fakt | çapa göndər


Məlum olduğu kimi, hər böyük kişinin arxasında böyük qadın dayanır. Və kim bilir, bəlkə də musiqiçilərin, rəssamların, rejissorların və yazıçıların yanında anlayışlı, güclü, müdrik qadın olmasaydı, karyelarında uğur əldə etməzdilər...
Sevdiyi kişiləri şöhrət kürsüsünə qaldıran və ya onların orada qalmasına kömək edən qadınlarları sizdə tanıyın
Mersedes Barça Pardo

Qabriel Qarsia Markes gələcək həyat yoldaşı ilə rəqs meydançasında tanış olub. Onda qızın cəmi 13 yaşı var idi. Dünya şöhrətli yazıçı Mersedeslə tanış olan kimi evlilik təklifi edib. Qız dərhal razı olur, lakin əvvvəlcə məktəbi bitirməli idi. Odur ki, toy 13 il sonra baş tutub. Markes aşiq olduğu qadına qovuşmaq üçün düz 13 il gözləməli olub.
Yazıçı “100 ilin tənhalığı” əsəri üzərində işləyən zaman Mercedes Qabini daim dəstəkləyir, ailəsini maddi baxımdan təmin edir və inanmaqdan vaz keçmirdi ki, əri dahi şəxsiyyətdir. İl yarımdan sonra roman hazır olur, amma Markesin onu redaksiyaya göndərmək üçün heç pula da yox idi. Onda Mersedes heç düşünmədən əlindən son qalan əşyalarını - fen və mikseri aparıb satır. Lap tezliklə ərinin romanı ona böyük qonorar və dünya miqyasında məşhurluq gətirir, həmçinin Nobel mükafatına layiq görülür.
Yoko Ono

Pərəstişkarları “The Beatles” qrupunun dağılmasında tez-tez Yoko Ononu ittiham edirlər. Ancaq qrup Con Lennonun Yoko ilə tanışlığından xeyli əvvəl baş tutub.
Yoko musiqiçini əvvəllər ona tanış olmayan yaradıcı dünyaya aparır. Orada avanqard rəsm, ədəbiyyat və çox qəribə performans var idi. Məhz onun sayəsində Lennonun solo albomu işıq üzü görür. "Imagine" adlı mahnı hippilərin beynəlxalq himni olur. Con həyat yoldaşının yanında çox xoşbəxt idi və müsahibələrində hər dəfə Yoko ilə bir qəlbi paylaşdıqlarını deməkdən yorulmurdu.
Cülyetta Mazina

Aktrisa Cülyetta Mazina ilə rejissor Federiko Fellininin nikahı 50 il və bir gün davam edib. Hər ikisi müxtəlif xarakterli insanlar idi: Federiko əks cinsin diqqətini və dəbdəbəni sevirdi, Cülyetta isə həmişə təmkinli davranır və həyat yoldaşına sədaqətini saxlayırdı. Lakin onların müxtəlif dünyaların adamı olması münasibətləri üçün əngəl olmayıb. Əksinə, Federiko və Cülyetta bir-birindən asılı idi və bir aydan çox ayrı qala bilmirdilər.
Cülyetta çəkiliş meydançasında olmayanda, Fellini inanılmaz qalmaqallar yaradır, evə zəng eləyib həyat yoldaşından ən xırda məsələlərə görə məsləhət alırdı. Aktrisa ssenariləri redaktə edir, aktyorları seçir və maraqlı təkliflər irəli sürürdü. "Yol", "Kabiri gecəsi" filmlərində əldə etdiyi uğurlara baxmayaraq, Cülyetta Mazina aktrisa şöhrətindən imtina edərək özünü dahi rejissorun karyerasına həsr etməyə üstünlük verir.
Sofya Andreyevna Tolstoya

Sofya Andreyevna dahi yazıçı Tolstoyla 48 illik birgə həyatı ərzində ərinin qoruycu mələyi olub. Ərinin katibəsi (məşhur "Müharibə və sülh" romanını 7 dəfə təzədən yazıb), dayəsi, meneceri, naşiri olub. Yazıçının ölümündən sonra isə onun zəngin yaradıcılıq irsinin qoruyucusu rolunu öz öhdəsinə götürüb! O, fədakarcasına Tolstoyun əsərlərini onların evində toplanan ədəbi xəzinə ilə tanış olmaq istəyən çoxminli pərəstişkarlarından mühafizə edir.
Una Onil

"O, məni yetkin insan elədi, axı mən onunla tanış olanda çox gənc idim”.
Bu sözləri Una Çarli Çaplin haqqında deyib. Bütün dünyada sevilən 54 yaşlı gülüş ustası ilə 17 yaşlı gənc aktrisa Çaplinin rejissoru olduğu çəkiliş meydançasında tanış olub.
Onların nikahı 34 il davam edib və bu nikaha nə aralarındakı ciddi yaş fərqi, nə də Unanın atası - amerikalı dramaturq Yucin Onil də mane ola bilməyib. Onların 8 uşağı: 5 qızı və 3 oğlu dünyaya gəlib. Cütlüyün böyük qızı Ceraırdina bu gün tanınmış aktrisadır. Uno Çarli ilə nikahını aktrisalıq karyerasına dəyişir, əvəzində xoşbəxt qadın, ana və aktyorun qəlbini titrədən yeganə mozası olub.
Çörçill Klementina

Qətiyyətli siyasətçi Uinston Çörçill sevdiyi qadının yanında mülayim və mehriban gəncə dönürdü. Klementina onun üçün ən sadiq dost və silahdaş idi.
Siyasət xadimin seçdiyi qadın güclü xarakterə və ayıq zəkaya malik idi. O, nüfuzlu kişilərin yanında kölgədə qalan xanımlar sırasına daxil deyildi. Cütlüyün özünəməxsus məhəbbət formulu var idi. Onlar məktubla yazışır və açıqcalarda bir-birinə "zərif pişiyim" və "sevimli mopsikom (it cinsi) deyə xitab edirdilər. Və belə görünür ki, 57 illik nikahı ərzində Klementina ərini bezikdirməməyin sirrini tapmağa nail olub.
Qala

İspaniyada rəssam Salvador Dalinin dahilik qabiliyyətlərini görmək birinci Qalaya müyəssər olub. Dali isə onların görüşü ərəfəsində dəlilik həddində idi, o, öz kompleksləri və ümumi qəribəliyindən əziyyət çəkirdi. Qala dahi rəssamın mozası, modeli, anası, katibəsi, meneceri və ən əsası ilk qadını olub. O, rəssam haqqında bütün qayğıları öz üzərinə götürüb, sərgisini təşkil edib və sifarişçilər tapıb.
Salvador Dali onun köməyi ilə xəstəlikdən sağalıb və öz gücümə inanmağa başlayıb. Bundan sonra o, bütün əsərlərini "Qala-Salvador Dali" kimi imzalayır və həmişə deyirdi ki, bu qadının sayəsində əsl rəssam olub.
"Mən Qalanı atadan, anadan və Pikassodan artıq sevirəm. Və hətta puldan da çox! Sağ ol, Qala". (Salvador Dali)
Klaudiya Mori
İllərdir bitib-tükənməyən eşq hekayəsi - FOTOLAR
Özünü bütünlüklə ailəsinə həsr edən Klaudiya ərinə üç övlad hədiyyə etməklə yanaşı, Çelentanonun yaradıcılığında da ona böyük dayaq olub. Hazırda Klaudiya “Celentano Clan” ailə səsyazma şirkətinin direktoru və inzibatçısıdır. Bu şirkət dünya şöhrətli ifaçıya yüksək ixtisaslı musiqiçilər daxil olmaqla, prodüserlərin tələblərindən asılı olmamaq imkanı verirdi.
Klaudiya ərinin səs-küylü reklam aksiyalarını təşkil edən peşəkar piar-meneceri idi. Məsələn, bir dəfə Çelentanonun Briançe dəmiryol stansiyasına yaxın relslərdə uzandığını və intihar etmək istədiyini eşidən fotomüxbirlər dərhal hadisə yerinə gəlir. Bu zaman Klaudiya vaxtında peyda olur və ərini danlayaraq yerdən qalxmasını tələb edir. Artıq lokomotivin fiti eşidilir, qatar yaxınlaşır, Klaudiya isə dayanmadan ağlayır. Aktyor relsdən son anda, qatarın təkərləri onun uzandığı yerdən cəmi bir neçə metr aralı olarkən ayağa qalxır. Cütlük bir-biri ilə barışaraq hamının qarşısında ehtirasla öpüşür. Bu foto uzun müddət İtaliya mətbuatında gündəm yaratmışdı.
Çelentano ilə “İnadkarı ram edilməsi” filmində tərəf-müqabili olan Ornella Muti onu füsunkar gözəlliyi ilə yoldan çıxara bilmişdi. Ornella aktyora vurulmuş, hətta ona görə əri Allesio Oranodan boşanmışdı. Əlbəttə ki, o, eyni addımı Çelentanodan da gözləyirdi...
Aktyor boşanma məsələsini hər vasitə ilə uzadır, Klaudiyadan birdəfəlik ayrılmağa cəsarət etmirdi. Müdrik qadın və üç uşaq anası kimi Klaudiya onun qayıtmasını səbirlə gözləyirdi. Üstəlik, müsahibələrində pafoslu şəkildə: “Kişilər üçün təsadüfi əlaqələr mexanik üçün yeni avtomobili texniki baxışdan keçirmək kimi bir şeydir" – təkrarlayırdı.
Tale müdrik qadının bu səbrini mükafatlandırır, Adriano sevimli arvadının yanına qayıdır. Hətta xəyanətinə görə cəmiyyət qarşısında həyat yoldaşından və uşaqlarından üzr istəyir.
Evliliklərinin 40 illiyinə həsr edilmiş mərasimdə də hər bir dəvətnaməyə Çelentano öz əli ilə bu sözləri yazıb: "Biz bu gün də biz bir-birimizi sevirik!".
Bir neçə il əvvəl bütün dünyanın heyranlıqla izlədiyi cütlük qızıl toylarını, daha dəqiq desək, 50 illiklərini qeyd edib.(publika.az)


Xəbəri paylaş

1 0898 dəfə oxunub.

Digər xəbərlər
25-05-2016, 20:31 Bakıda restoran yanır

bütün xəbərlər
____ Instagram ___