Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı sakinləri ən çox hansı avtomobilləri sevir? - SORĞU
Tarix: 05-05-2017 | Saat: 20:38
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər




Avtomobil almaq əksər insanların, xüsusilə də  meqapolis sakinlərinin ən böyük arzusudur. Kimisi illərlə vəsait yığaraq, kimisi kredit yolu ilə avtomobil sahibi olmaq arzusunu gerçəkləşdirir. Bəs, Bakı sakinləri hansı avtomobil brendlərini  bəyənir?
Bununla bağlı "ACT Azərbaycan"  24 dekabr - 3 yanvar tarixlərində Bakı şəhərində sorğu keçirib. Sorğunun nəticələrini təqdim edirik.
Paytaxt sakinləri daha çox alman maşınlarına üstünlük verir. Hər on respondentdən təqribən beşdə biri (18 %) "Mercedes-Benz" markasını bəyənir. Digər alman avtomobili BMW sevərlər nisbətən azlıq təşkil edirlər (10 %). Üçüncü pillədə Cənubi Koreya istehsalı  "Hyundai" və Rusiya istehsalı "Lada" qərarlaşıb ( hər biri  4 %).  "Porsche", "Range Rover", "Lexus" və "Kia" sevərlər nisbətən azdır (hər biri 3 %). Sovet nostalgiyası çəkənlərin sevimliləri isə Zaparoje və Volqadır (hər biri 1 %). Əksəriyyət ümumiyyətlə sevimli avtomobilini seçməkdə çətinlik çəkir (31 %).
Bakı əhlinin böyük əksəriyyəti avtomobilin qara rəngdə olmasını tərcih edir (31 %). Respondentlərin dörddə biri isə ağ rəngdə olan avtomobilləri daha çox bəyənir  (26 %). Metal və göy rəngli avtomobilləri bəyənənlər nisbətən azdır (hər biri 5 %). Fərqlilik sevənlər də az deyil. Belə ki, 4 % respondent qırmızı rəngi avtomobilə çox yaraşdırır.
Sorğu 24 dekabr - 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.






Xəbəri paylaş

5778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___