Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda daha bir şok bank fırıldağı
Tarix: 22-06-2015 | Saat: 19:03
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycanda daha bir şok bank fırıldağı
Azərbaycanda daha bir bankda külli miqdarda maliyyə fırıldağı üzə çıxıb.
Xeberaz.az AzNews.az-a istinadən xəbər verir ki, “Parabank”ın “Nəsimi” filialında qeydiyyata salınmayan, dövlətdən gizlədilən 40 milyona yaxın vəsaitin dövriyyəyə buraxıldığı aşkarlanıb. Məlum olub ki, filial rəhbərliyi dostu, “Kia Motors Az” MMC-nin rəhbəri Səxavət Səfərovun qeyd olunan məbləğdə vəsaitini heç bir sənədləşdirmə aparmadan bankın xəzinəsində saxlayıb və bunu vergi uçotundan gizlədilib.
Bundan əlavə bank və şirkət rəhbərliyi həmin pulların qanunsuz dövriyyəsi ilə məşğul olub və bu yolla çirkli pullar leqallaşdırılıb. Bu işlərə nəzarət etmək üçün “Kia Motors Az” MMC-nin rəhbəri etibarlı adamını – Fərhad Cəfər oğlu Abbasovu “Parabank” ASC-nin “Nəsimi” filialına göndərib, hətta ona xidməti otaq da ayrılıb ki, “Kia Motors Az” MMC-nin çirkli pullarını bank daxilində tənzimləsin. Məlumatlarda bildirilir ki, “Parabank” ASC-də dəfələrlə audit yoxlamaları aparılsa da, bankın xəzinəsinin bunkerində böyük qutulara yığılmış “Kia Motors Az” MMC-nin gizlətdiyi pul baratlarını aşkar etsələr də, bu barədə heç bir tədbir görülməyib, sənədləşdirmə aparılmayıb, audit yoxlamalarının nəticələri barədə rəylərdə qeyd edilməyib, Mərkəzi Banka məlumat verilməyib. Bundan başqa çirkli pulların filialın xəzinəsinin bunkerində qanunsuz şəkildə saxlanılması, onların dövlətdən gizlədilməsi, həmin pulların leqallaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi məlumat verilməyib.
Lakin devalivasiyadan sonra banklarda aparılan sistemli yoxlamalar zamanı “Parabank”ın illərdir apardığı qanunsuz əməlləri ifşa olunub və bununla bağlı Bakı Şəhər Prokurorluğunda 120046164 №-li cinayət işi açılıb.
İstintaq zamanı məlum olub ki, “Kia Motors Az” MMC-nin bankda saxladığı vəsaitin 680 min manatı 2012-ci ildə yoxa çıxıb. Bu faktın üstü açılandan sonra isə, şirkətin bankdakı etibarlı nümayəndəsi Abbasov Fərhad Cəfər oğlu müəmmalı şəkildə intihar edib. Rəsmi sənədlərdə onun özü-özünə 8 dəfə bıçaq xəsarəti yetirməklə öldürməsi qeyd olunur. Amma bir adamın özünə 8 dəfə ağır bıçaq zərbəsi yetirə bilməsinin qeyri-mümkün hal olması nədənsə istintaqda nəzərə alınmayıb.
Hazırda istintaq davam edir. Şübhəli şəxs qismində hələlik, 2012-ci ilə kimi bankın sözügedən filialında xəzinədar işləmiş Kazımov Ülvi Elçin oğlu saxlanılıb.


Xəbəri paylaş

6718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___