Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda görünməmiş imtahan fırıldağı - VİDEO
Tarix: 04-05-2017 | Saat: 17:54
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

 



İllərdir edilən xəbərdarlığa baxmayaraq, bu dəfə də qəbul imtahanında abituriyentlərdə 130-a yaxın mobil telefon, texniki vasitələr və çoxsaylı köməkçi tədris materialları aşkarlanıb.
Imtahan keçiriləcək binalarda 1 gün əvvəl aparılmış yoxlamalarda maraqlı faktlar qeydə alınıb. Bir binada sanitar qovşağının su çənində 2 ədəd mobil telefon, digər binada isə zibil vedrəsində 1 ədəd mobil telefon gizlədildiyi aşkarlanıb. İmtahan günü telefonları gizlətdiyi yerdən götürən abituriyentlər saxlanılıb.
Mobil telefonları su qabında gizlədən abituriyentin üzərinə baxış zamanı əynində olan jiletin düyməsinə xüsusi xırda kamera yerləşdirdiyi məlum olub. Abituriyentin məqsədi test kitabçasını videoya çəkmək və naqilsiz qulaqcıq vasitəsilə kənardan ona deyilən cavabları cavab kartına köçürmək olub. Digər abituriyent isə mobil telefonu təhvil verməkdən imtina edib və onu yerə çırparaq sındırıb.
Bu abituriyentlərin hamısı imtahandan uzaqlaşdırılıblar.
Bu arada Dövlət İmtahan Mərkəzi qəbul imtahanı verən abituriyentlərə müraciət edib. Qeyd olunub ki, imtahan iştirakçıları imtahanların nəticələrini "Azercell" mobil operatoru vasitəsilə mərkəz tərəfindən müvafiq nəticələr rəsmi elan olunan gündən etibarən öyrənə biləcəklər. Nəticələri öyrənmək üçün iş nömrəsini 7727-yə göndərmək lazımdır. Abonentin nömrəsinə toplanan bal haqqında məlumat göndəriləcək. İmtahan nəticələri eyni zamanda Dövlət İmtahan Mərkəzinin internet saytında da yerləşdirilir.
Abituriyentlər üçün elektron ərizə qəbulu sistemi də sabahdan aktivləşəcək.
Abituriyentlərin çoxsaylı müraciətlərini və ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının bu ildən etibarən iki dəfə keçirilməsini nəzərə alaraq, elektron ərizə qəbulu sistemi mayın 22-dək aktiv olacaq.
Bu müddətdə 16 mart - 11 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən həm cari, həm də əvvəlki illərin məzunu olan abituriyentlər ərizələrini doldurub təsdiq edə bilərlər. /xezerxeber.az

 



Xəbəri paylaş

7328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___