Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Masallıda sünnət zamanı yetim uşağın ölümünə səbəb olan HƏKİM DANIŞDI - YENİLƏNDİ
Tarix: 04-05-2017 | Saat: 12:55
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Masallıda sünnət zamanı yetim uşağın ölümünə səbəb olan HƏKİM DANIŞDI - YENİLƏNDİ
K.Hüseynovu əməliyyat edən həkim Ramiz Sadıqov uşağın babasının sözləri ilə razı olmadığını deyib: “Mən 40 il həkim işləmişəm, illərdir uşaqları sünnət edirəm, ancaq ilk dəfədir ki, belə hal olur. 4-5 gün əvvəl uşağın babası sünnət etdirmək üçün mənə telefon aşmışdı. Ona məsləhət gördüm ki, uşağı aparıb özəl klinikada etdirək. Mən təqaüddəyəm, heç yerdə işləmirəm. Amma hər hansı özəl klinikaya gedib, sertifikatımı təqdim edib, sünnət edə bilərdim. Lakin ailə razı olmadı, evdə olmasını istədilər. Sonra öyrəndim ki, imkanları olmadığına görə razı olmayıblar. Əməliyyat vaxtı da babası və bir nəfər də başqa bir adam yanımızda idi. Mən onları otaqdan çıxartmadım. Sadəcə uşaq çox ağlayırdı, dedim ki, sakitləşməsə babasını çölə çıxaracam. Lakin uşaq sakitləşmirdi. Sünnət vaxtı ancaq keyidici spreydən istifadə etmişəm, sakitləşdirici vurmamışam. Birdən-birə uşağın halı pisləşdi. Onu maşınımla Masallı rayon Mərkəzi Xəstəxanasına apardım. Uşağa bütün reanimasion tədbirlər görüldü, amma onu həyata qaytarmaq mümkün olmadı. İndi tibbi ekspertiza ölümün səbəbini araşdırır”.
***
Masallı rayonu Musaküçə kəndində azyaşlı Kənan Hüseynovun sünnət masasında dünyasını dəyişməsinin təfərrüatı məlum olub.
Kənanın babası Qardaş Hüseynov nəvəsinin ölümündə onu sünnət edən həkimi günahlandırır: “Nəvəmin ölümündə günahkar Ramiz Sadıqovdur. Onun səhvinə görə uşaq öldü. O, bizim kənddə yaşamasa da, hamı sünnət üçün ona müraciət edir. Əvvəl dövlət xəstəxanasında işləyib, indi özəl bir klinikada çalışır. Mən də sünnətin xəstəxanada olmasını istədim, amma Ramiz həkim evdə olmasını məsləhət gördü, biz də etiraz etmədik. Sünnət olunanda uşaq qorxurdu, mən də onun yanında qalmaq istədim, ancaq həkim məni çölə çıxartdı. Otaqda heç kimin qalmasına razı olmadı, uşağın üstünə qışqırdı. Uşaq da qorxdu, sonra iynə vurub, uşağın halı pisləşib. Birdən uşağı otaqdan götürüb maşına mindi, nə qədər etsək də, bizə imkan vermədi. Uşağı özü maşına qoyub xəstəxanaya apardı. Biz də onun arxasınca axtarışa başladıq. Uşaq qucağında 4 xəstəxana gəzib, özünün işlədiyi özəl klinikaya aparıb, orada aparat olmadığına görə uşağa kömək edə bilməyiblər. Axırda uşağı təcili yardım xəstəxanasından tapdıq, amma həkim orada yox idi”.
Q.Hüseynov deyir ki, Kənanın atası il yarım əvvəl avtomobil qəzasında dünyasını dəyişib. Kənan ondan qalan tək övlad idi.
Kənd sakinləri isə uşağın iynədən yox, qorxudan şoka düşdüyünü deyir: “Kəndimizdə 80-90 faiz uşaqları Ramiz həkim sünnət edir. Bu vaxta qədər belə hal olmayıb. Uşaq 2013-cü ildə doğulub, sünnət vaxtı çox qorxu keçirib. Bu uşağın atası da rəhmətə gedib, özü də bir dəfə suya düşüb boğulurdu, son anda xilas etdilər. Qismət belə imiş”.
***
20:48
Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.
Hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.
Belə ki, valideynləri Kənan Abutalıbov Hüseyinovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib.
Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
(publika.az)


Xəbəri paylaş

1 1438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___