Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sünnət vaxtı ölən 5 yaşlı Kənanla bağlı İNSANI SARSIDAN FAKTLAR
Tarix: 04-05-2017 | Saat: 11:33
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər




Dünən Masallı rayonunun Musaküçə kəndində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb. Sünnət vaxtı ölən 5 yaşlı Hüseynov Kənan Abutalıb oğlunun atası keçən il yol qəzasında vəfat edibmiş. Ailənin tək övladı olan Kənanı sünnət etdirmək istəyən doğmaları Ramiz Sadıqov adlı həkimi dəvət edib. Bu zaman uşağın ağladığını görən həkim ona iki sakitləşdirici vurub. Amma uşağın sakitləşmədiyini görən həkim onun üstünə qışqırıb. Azyaşlının babası uşağa su vermək istəsə də, həkim buna etiraz edib və hamını otaqdan çıxarıb.
 
Yaxınları bildiriblər ki, 5 yaşlı Kənan babasına yalvararaq otaqda qalmasını istəyib, lakin həkim onunda bayıra çıxmasını tələb edib. Bir qədər sonra isə iynələrin təsirindən Kənan vəfat edib. Çıxılmaz vəziyyətə düşən Ramiz Sadıqov cəsədi götürərək qaçmaq istəyib.
 
Faktla bağlı Masallı rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Artıq körpənin meyitinin xarici və daxili müayinəsi həyata keçirilib. 5 yaşlı uşağın ölümünə səbəb olan 70 yaşlı həkim isə hələlik saxlanılmayıb.
 
Qeyd edək ki, Qafqazinfo saytı bu gün Kənanın ad günü olduğunu yazıb.
 
 
*****
 
20:48
 
Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.
 
-ın “report”-a istinadən məlumatına görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.
 
Belə ki, valideynləri 5 yaşlı Kənan Abutalıb oğlu Hüseyinovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib.
 
Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
 
Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov "Report"un yerli bürosuna bildirib ki, uşağı sünnət etmək üçün dəvət olunmuş Ramiz Sadıqov yaşla əlaqədər təqaüdə göndərilmiş həkimdir və hazırda xəstəxanada işləmir. Faktla bağlı araşdırma aparılır.




Xəbəri paylaş

7268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___