AZAL fəaliyyətini dayandırıb bəyanat yaydı
Tarix: 03-05-2017 | Saat: 15:27
Bölmə:Karusel / İdman | çapa göndər
AZAL futbol klubu fəaliyyətini dayandırıb. Apasport.az xəbər verir ki, klubun rəsmi saytı bu barədə bəyanat yayıb.
“Futbola olan dövlət qaygısı, onun maddi-texniki bazasının inkişafı, eləcə də əhalinin saglam həyat tərzinə maraqlarını yüksəltmək məqsədilə görülmüştədbirlər nəticəsində idman ictimaiyyəti tərəfindən bu idman növünə maraq artmış, futbol ən kütləvi və çox sevilən idman növünə çevrilmişdir. AZAL Peşəkar Futbol Klubu da öz növbəsində yarandıgı ilk gündən bir amala – Azərbaycan futbolunun inkişafına xidmət etmişdir. Bu məqsədlə, Klub üçün Şüvəlan qəsəbəsində müasir təlim-məşq bazası və stadion tikilmiş, komandaya peşəkar məşqçi və texniki heyət cəlb olunmuşdur Buna baxmayaraq, son zamanlar ölkəmizdə futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi, AZAL Peşəkar Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarır. Bu tələbləri nəzərə alaraq, Klub rəhbərliyi tərəfindən sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılmış və belə bir qərara gəlinmişdir ki, AZAL QSÇ Bakı ətrafı qəsəblər üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli Klub ilə təmsil olunmaq məqsədlə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olmaq daha məqsədəuygundur. AZAL Peşəkar Futbol Klubu fəaliyyətini dayandıraraq mövcud maddi-texniki təminatı və infrastrukturu ilə “Zirə” Futbol Klubuna dəstək olacaqdır. İnanırıq ki, bunun əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcəkdir”.
Xəbəri paylaş
8338 dəfə oxunub.
Digər xəbərlər

9-02-2021, 21:44
Ağstafa nədən DİRÇƏLƏ BİLMƏZ? SƏBƏBLƏR FAKTLAR…
6-08-2021, 16:50
Azərbaycanda gündəlik yoluxmanın 1000-i keçməsinə görə yeni tədbirlər alınacaq? - "Ciddi karantin rejimi barədə qərar..."
14-12-2016, 13:27
Netanyahu Nazarbayevə buna görə təşəkkür etdi
24-06-2015, 11:12
Namiq Qaraçuxurlunun ailəsində ağır itki
14-06-2018, 18:54
DÇ-2018-in açılış mərasimi başladı
25-11-2018, 14:54
Azərbaycanda gənc şair intihar etdi
17-10-2016, 19:40
DİN-dən sərxoşu sulayan polislə bağlı - Açıqlama
6-05-2015, 22:45
Barselonalı məşhur futbolçu Luis Suares xərçəng xəstəliyindən əziyyət çəkəni bax belə sevindirdi-VİDEO
5-05-2021, 21:08
Qayınatasının zorladığı gəlinin ŞOK İFADƏLƏRİ – “Oğlunun acığına...”
19-05-2016, 09:17
Sərkisyan Vyanada necə sındırıldı – 4 məqam