Qüdrət Şükürov işdən qovuldu - Bahalı toyun güdazına getdi
Tarix: 03-05-2017 | Saat: 13:20
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov işdən qovulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində aparılan araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib.
Məlumata görə, Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib. Artıq onun yerinə təyinat da olub.
Məlumatlara görə, qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn yüksək vəzifəli məmur Qüdrət Şükürovla bağlı məsələ ölkədə ən üst səviyyədə narazılıq yaradıb. Dərhal bu məsələnin araşdırılması və ölçü götürülməsi tapşırılıb. Hətta sözügedən toyla bağlı da ayrıca araşdırma aparılıb, toyda iştirak edən şəxslər, bəylə-gəlinə mahnı həsr edənlər dindirilib. Bu işə xərclənən vəsait dəqiqləşdirilib.
Bu arada xatırlatmaq yerinə düşər ki, Azərbaycanda yüksək rütbəli məmur övladlarının dəbdəbəli həyat tərzi, bahalı toy-ad günü mərasimləri ilə dəfələrlə dövlət başçısı tərəfindən xəbərdarlıqlar edilib, məmur övladlarının harın həyat tərzinə görə onların cəzalandırılacağı qeyd olunub. Bununla bağlı kifayət qədər nümunələr də mövcuddur.
Xəbəri paylaş
1 1908 dəfə oxunub.
Digər xəbərlər

8-08-2017, 23:45
"Maqa" həqiqətən həbs edilibmi? - DİN-dən RƏSMİ AÇIQLAMA
29-11-2015, 13:48
Zaqatala sakini müəmmalı şəkildə qollarını itirdii
16-07-2020, 08:56
"Bunların dərsini vermişik, verəcəyik" - İlham Əliyev
26-12-2021, 16:19
Azərbaycanda daha 511 nəfər koronavirusa yoluxdu - 13 nəfər ölüb
29-11-2019, 22:33
Bakıda ev yandı - iki azyaşlı zəhərlənərək öldü
10-04-2017, 13:03
Məşhur seksual model ana oldu - FOTOLENT
24-12-2018, 19:21
"Azərbaycanda işim-gücüm xəstəxanaları gəzmək idi"-Rasim Balayev
5-08-2023, 21:28
Bakıda DƏHŞƏT: Ər küçənin ortasında arvadını öldürdü