Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda qadın avtobus sürücüsünü döyüb - VİDEO
Tarix: 02-05-2017 | Saat: 22:22
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Bakıda qadın avtobus sürücüsünü döyüb - VİDEO


Bakıda xanım sərnişin marşrut avtobusunu istədiyi yerdə saxlamayan sürücünü döyüb və köynəyini cırıb.

"Xəbəraz.az "xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtda 3 mikrorayon dairəsinin yaxınlıqında 61 saylı marşrut avtobusunda qeydə alınıb. Sərnişinlərdən biri sürücü Rövşən Süleymanovdan avtobusu dayanacaq olmayan yerdə saxlamağı tələb edib. Sürücü bu tələbi yerinə yetirmədiyindən mübahisə yaşanıb.
Sürücünün onun tələbini yerinə yetirmədiyini görən xanım daha da əsəbləşib və təhqirə keçib.
Bir neçə dəqiqə davam edən çəkişmədən sonra əsəbi sərnişin arxa qapıdan düşmək əvəzinə sürücünün üstünə gəlib və digər sərnişinlərin müdaxiləsinə baxmayaraq sürücünü vurub və köyənəyini cırıb.
İnzibati Xətalar Məcəlləsinin 346.3 maddəsinə əsasən marşrut avtobusunun sürücüsü sərnişin düşürüb və ya mindirmək üçün dayancaqdan kənar avtobus saxladıqda yol polisi tərəfindən 100 manat və 4 bal miqdarında cərimələnir. Üstəlik kameralarla təchiz edilən avtobuslarda daşıyıcı şirkətlərdə dayanacaqdan kənar avtobus saxlayan sürücüləri cərimələyirlər.
Sözügedən hadisədən sonra daşıyıcı şirkət tərəfindən sürücü Rövşən Süleymanov mükafatlandırılıb.


Xəbəri paylaş

7558 dəfə oxunub.

Digər xəbərlər
7-10-2015, 23:42 Ani Lorak Bakıda - FOTO

bütün xəbərlər
____ Instagram ___