Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Abşeronda usta adı ilə evə girib talan etdilər - Qadını döydülər, protez dişlərinə kimi apardılar
Tarix: 02-05-2017 | Saat: 09:49
Bölmə:Karusel / Hadisə | çapa göndər

Abşeronda usta adı ilə evə girib talan etdilər - Qadını döydülər, protez dişlərinə kimi apardılar


Abşeronda naməlum şəxslər evə basqın edərək ev sahibəsini soyublar.

"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi, Abdulla Şaiq küçəsi 71 ünvanında baş verib.
Belə ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməyən iki naməlum şəxs həmin ünvandakı mənzilin qapısını döyərək özlərini ev sahibəsinə qonşuluqdakı evin ustaları kimi təqdim ediblər.

Ev sahibəsi, 64 yaşlı Abbasova Dürdanə Abbas qızı mənzilin qapısını açdıqda naməlum şəxslər ona hücum edərək qadını döyüblər. Quldurlar daha sonra qadının əl-qollarını bağlayaraq evi talan etməyə başlayıblar. Cinayətkarlar evdən 400 manat pul, qadının protez dişini, mobil telefonunu və gümüş əşyalarını götürərək mənzili tərk ediblər.
Faktla bağlı araşdırma aparılır.




Xəbəri paylaş

6808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___