Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşağa ana bətnindəykən laylay deyərlər
Tarix: 30-04-2017 | Saat: 16:47
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Uşağa ana bətnindəykən laylay deyərlər

"The Telegraph” yazır ki, bir çox uşaq gözləyən ailələr onun doğulacağı günə otağı qaydaya salmaq, al-əlvan oyuncaqlar almaqla hazırlaşırlar.
Amma yeni elmi araşdırmaya görə, ən yaxşı hazırlıq uşaq hələ ana bətnində ikən ona laylay deməkdir.
160 hamilə qadın üzərində aparılmış müşahidələr göstərib ki, uşaqlarına həm qarınlarında, həm də onlar doğulandan sonra laylay deyənlərin körpələri daha az ağlayırlar.
Bu nəticəyə gəlmək üçün 160 qadını iki qrupa bölüblər. Birinci qrup hamiləliyin son ayında bətnindəki uşağa laylay deməliydi. İkinci qrupa belə bir tapşırıq verilməmişdi.
Nəticələrdən bəlli olub ki, "laylayçı” qrupun uşaqları vaxtın 18, 5 faizini, laylay eşitməyən uşaqlar isə 28, 2 faizini ağlamaqla keçiriblər.
Alimlər bildirirlər ki, laylay ana-uşaq ünsiyyətinin başqa cəhətlərinə də müsbət təsir göstərib.
Təcrübə göstərib ki, laylay deyən qrupda doğulan uşaqlarda anaya bağlılıq daha yüksək olur. Az ağlayan uşaqların anaları da stresə daha az məruz qalırlar.
Milan Universitetində keçirilmiş bu təcrübənin nəticələri Women and Birth jurnalında dərc olunub.


Xəbəri paylaş

6518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___