Robert Prosineçki bukmekerdə 10 min uduzdu-FOTO
Tarix: 28-04-2017 | Saat: 11:43
Bölmə:Karusel / İdman | çapa göndər
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki maraqlı addımla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı çalışdırıcı Serbiyada futbol oyunlarına pul qoyuluşu edib.
Belə ki, o, “Mozzartbet”ə dünənki 5 görüşlə bağlı proqnozlarını yazıb. Prosineçki Danimarka kubokunun “Vendsissel” – “Kopenhagen” (0:2) matçında qonaqların qələbə qazanacağını, Belçika çempionatının “Anderlext” – “Şarlerua” (0:1) görüşündə “üst” variantının gələcəyini, yəni minimum 3 qol vurulacağını ehtimal edib.
48 yaşlı mütəxəssis İspaniya La Liqasında “Sevilya” – “Selta” (2:1) oyununda ev sahiblərinin qələbə qazanmaq şansının üstün olduğunu qeyd edib. “Atletik” – “Betis” (2:1) matçında “üst” variantının gələcəyini düşünən Prosineçki İngiltərə çempionatında “Mançester Siti” – “Mançester Yunayted” (0:0) qarşılaşmasında hər iki tərəfin qol vuracağını proqnozlaşdırıb.
Bu kupona 10 min Serbiya dinarı (150 manat) məbləğində pul yatıran Prosineçki qalib gələcəyi halda, əmanətini 8,10 dəfə artıracaqdı və qazandığı məbləği Zablaçe şəhərindəki məktəbə humanitar yardım kimi bağışlayacaqdı. Lakin onun təxmin etdiyi 5 görüşdən 3-ü düz gəlib. Yığmamızın baş məşqçisi “Anderlext” – “Şarlerua” matçı və Mançester derbisi ilə bağlı düzgün təxmin irəli sürməyib.
Xəbəri paylaş
6228 dəfə oxunub.
Digər xəbərlər

16-08-2018, 16:36
Pensiyalar vaxtından tez verilir - Qurban bayramı münasibətilə
22-07-2015, 16:10
“AzPatent” işçi axtarır
15-01-2018, 13:20
Sabahın Havası-yağış,külək
11-04-2015, 23:11
13 İcra başçısı haqda şok faktlar açıqlandı - Rəsmi
25-03-2019, 16:50
"VAZ-2106" "Lada Priora" toqquşdu - 1 nəfər ölüb, 4 nəfər yaralıdı
22-11-2017, 11:42
Britaniya səfirindən "Qarabağ"-"Çelsi" oyunu ilə bağlı paylaşım
26-08-2021, 11:19
Universitetlər 15 sentyabra hazırlaşır: Qaydalara əməl etməyənlər dərsə buraxılmayacaq
7-06-2022, 17:15
Messidən başqa hamı mənə lüt şəkilini göndərirdi - Braziliyalı model
30-09-2019, 22:39
Nazir Teymur Hacıyevə yüksək vəzifə verdi - FOTO