Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda siçan basmış dönərxana bağlandı
Tarix: 19-03-2015 | Saat: 13:41
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda siçan basmış dönərxana bağlandı
Komitə məlumat yaydı.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, 2 mkr, C.Cabbarlı küçəsi ev 31/70 ünvanında yerləşən fiziki şəxs Rəsulov Vüqar Vilayət oğluna məxsus çiy dönər istehsalı ilə məşğul olan müəssisədə yoxlama aparılıb.

Xeberaz.az xəbər verir ki, Bu barədə Oxu.Az-a komitədən məlumat verilib.

Komitənin məlumatına görə, araşdırma zamanı məlum olub ki, müəssisədə istehsal olunan məhsulun normativ sənədləri, keyfiyyətini təsdiq edən uyğunluq sertifikatı və müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat yoxdur və məhsulun markalanması aparılmır.

“Həmçinin, müəssisənin sanitar vəziyyəti qeyri-qənaətbəxşdir. Belə ki, müəssisənin tavanı və divarları kif təbəqə ilə örtülüb, xammalın və hazır məhsulların saxlanması üçün lazımi şərait mövcud deyil, müəssisə gəmiricilərlə çirklənib. Habelə məhsulun sınağını aparmaq üçün laboratoriya mövcud deyil və akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqavilə bağlanmayıb. İstismarda olan 1 ədəd ölçmə vasitəsi də müqayisəli dövlət yoxlamasından keçməyib”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, yoxlama nəticəsində müəssisədə istehsal dayandırılıb və qanunvericiliyə müvafiq tədbirlər görülüb.


Xəbəri paylaş

7588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___