Azərbaycan yığmasında daha bir kubalı
Tarix: 27-04-2017 | Saat: 13:38
Bölmə:Karusel / İdman | çapa göndər
Atletika üzrə Azərbaycan milli komandasına yeni legioner cəlb olunub.
"Xəbəraz.az "xəbər verir ki, bu barədə "Report"a yığmanın baş məşqçisi Məhərrəm Sultanzadə məlumat verib. Onun sözlərinə görə, kubalı 3 təkanla uzununa tullanan Aleksis Kopello Sançesin bütün yarışlarda Azərbaycanı təmsil etməsi üçün Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasından iki gün əvvəl razılıq alınıb: "Biz qaydalara uyğun olaraq, Kopellonun Azərbaycanı təmsil etməsi üçün 3 il gözlədik. Bu müddətdə Aleksis heç bir yarışa qatılmadı. Artıq onun ölkəmizi təmsil etməsində heç bir problem olmayacaq".
31 yaşlı idmançının gəlişindən sonra Azərbaycan yığmasında 3 təkanla uzununa tullanan tanınmış atletlərin sayı ikiyə çatıb. Onadək beynəlxalq yarışlara Nazim Babayev yollanırdı. Sultanzadənin fikrincə, yeni atletin gəlişi Babayevin hazırlıq səviyyəsinə mənfi yox, müsbət təsir göstərəcək: "Nazim tək olduqda nəticələrində artım baş vermirdi. Amma indi rəqabət yüksələcək. Kopello 3 il heç bir yarışda çıxış etməsə də, qışda məşqlərdə 17,10 metr nəticə göstərmişdi. Hər iki idmançının Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirakı nəzərdə tutulub".
Qeyd edək ki, Aleksis Kopello Sançes 2011-ci il Panamerika Oyunlarının qalibi və 2009-cu il dünya çempionatının bürünc mükafatçısıdır. O, 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarına qatılsa da, mükafatçılar sırasına düşə bilməyib. Kopellonun ən yüksək nəticəsi 17,68 metrdir.
Xəbəri paylaş
5888 dəfə oxunub.
Digər xəbərlər

8-01-2022, 17:44
Azərbaycanda DƏHŞƏT: “Uşaq evində böyüyən 15 yaşlı ananın övladı da sığınacaqdadır”
3-06-2016, 14:28
Cavid Qurbanovdan seçicilərinə dəstək
9-09-2019, 17:38
“Bu, polisə qarşı təxribatdır” - Bakı polisindən məscid AÇIQLAMASI
24-02-2016, 08:42
"Whatsapp"ı vuracaq yeni tətbiq gəlir
4-03-2017, 15:37
"Bəyaz həyat" 15 ildən sonra yenidən çəkiləcək
6-06-2019, 12:58
Ali məktəblərə imtahansız qəbul olunacaq kollec məzunları üçün ixtisasların siyahısı DİM-ə təqdim edilib
23-03-2017, 12:31
Məktəb direktorları iş yerini necə dəyişə bilər? - QAYDA
10-09-2019, 19:31
Məşhur rep ifaçısı gülələnərək öldürüldü - Polis tərəfindən (VİDEO)
3-03-2016, 12:11
"İlhamənin ölümü qəfil deyildi" - vəkilindən açıqlama