Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sağlam kökəlmə necə olur? - Buradan oxuyun!
Tarix: 27-04-2017 | Saat: 13:37
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Sağlam kökəlmə necə olur? - Buradan oxuyun!

Çəki problemi deyəndə ağla ilk olaraq köklük gəlir. Arıqlamağa köməkçi pəhriz və idman proqramlarına hər gün yeniləri daha əlavə olunur.
Buna rəğmən zəiflikdən şikayət edənlərin sayı da az deyil. Ehtiyacı olandan çox yemək, şokolad, xəmir yeməkləri və hazır qidalar kimi yüksək kalorili və karbonatlı yeməklərin yeyilməsi kökəlmək üçün ən asan və əyləncəli üsul olaraq qəbul edilir. Halbuki məqsəd sağlam və balanslı kilo almaq olmalıdır.
Türkiyəli tibb mütəxəssisləri kilo almaq istəyənlərə sağlam nəzarət ilə bağlı təkliflər verib:
Zəiflik nədir? Səbəbləri nələrdir?

Pəhrizlə gündəlik alınan ümumi enerjinin xərclənən enerjidən daha az olması və ya alınan qidaların orqanizm tərəfindən istifadə edilməməsi vəziyyətində zəif olmaq vəziyyəti ortaya çıxır. Bundan başqa, zəif olma səbəbləri arasında həzm sistemi pozğunluqları, maddələr mübadiləsini sürətli işlədən hipertireoz kimi hormonal xəstəliklər, bağırsaq parazitləri və sorma qüsurları, kilo alma qorxusu, psixoloji pozuntular və buna bağlı iştaha kəsilməsi, iştaha pozğunluğu, istifadə edilən dərmanlar və bunların təsiri, artıq fiziki fəallıq edənlər, xərçəng, vərəm, xroniki diyarə kimi zəiflədən xəstəliklər və nizamsız yemək yemək və uzun müddət aclıq kimi səbəblər göstərmək olar.
Zəif olmağın ziyanları var?
Zəif olmaq hər zaman sağlam olmaq anlamına gəlmir. Bu adama və bunun dərəcəsinə görə dəyişir. İnsanı görmək, bədən analizinin nəticələrini dəyərləndirərək yaş amilini də nəzərə almaq lazımdır. İştaha pozuntusunun olub-olmadığı yaxşı təhlil edilməlidir. Əgər anoreksiya, bulimia, tıxanan formada yemək yemək kimi bir vəziyyət varsa, bu barədə psixoloq dəstəyi də almaq lazımdır.
Zəiflik uşaqlıqda böyümə və inkişafın az olmasına, qadınlarda süd vermənin yetərsiz qalmasına, bədənin xarici faktorlara qarşı müdafiə mexanizminin azalmasına, müvazinətin düşməsinə və hətta ömür müddətinin qısalmasına da səbəb olur.
Sağlam kökəlmə necə olur?
Kökəlmək, arıqlamaqdan daha çətindir. İlk növbədə bu proses zaman və səbr istəyir. Kilo almaq istəyən şəxslərin kökəlmək istəməsi kifayət deyil, həmçinin buna inanmaları da lazımdır. Lazımi analizlər edilib, səbəb olaraq ciddi bir xəstəlik və vəziyyət yoxdursa dietoloq nəzarətində ayda orta hesabla 2 kiloqram olmaqla kökəlmək hədəf qoyula bilər.
Məqsəd orqanizmdə lazımi əzələləri yaratmaqdır. Kilo yağ və yağsız əzələ toxumasını, bədən suyu və sümük toxumasını artıracaq şəkildə alınır. Məqsəd daha çox əzələ toxuması artıracaq şəkildə olmalıdır.
Sağlam kökəlmək üçün...
Günün ən önəmli qidası olan səhər yeməyini mütləq yemək lazımdır. Və bunun səhər tezdən edilməsi çox əhəmiyyətlidir.
Kilo almaq istəyənlər qətiyyən yemək saatlarını ötürməməlidir. Nizamlı və keyfiyyətli qidalanma olmasa kökəlmək olmur.
Əzələ toxumasının artırılması üçün zülal və karbohidrat qəbuluna diqqət etmək lazımdır. Hər yemək vaxtına yəqin ki, həm karbohidratlı bir qida həm yağlı, həm də zülallı qida qoymaq lazımdır.
Ara atışdırmalıqlarda kalori dəyəri və zülal dəyəri yüksək qidalara üstünlük verilməlidir. Xüsusilə, fındıq, badam, qoz kimi quru meyvələr, tost, süd, keks, təzə və quru meyvələr, ayran kimi ərzaqlar alınmalıdır.
Xörəklə bərabər alınan içki tez doymağa səbəb olur. Su istehlakı da yeməkdən 45 dəqiqə sonraya saxlanmalıdır.
Ədviyyatlar və bəzi souslar, tomatlı yeməklər iştaha açır. Yeməkləri bişirərkən hipertoniyası olmayan insanlar rahatlıqla bunlardan istifadə edə bilərlər.
Ziyafətlərdə bəzi yemək vaxtlarında salat əvəzinə meyvə dilimli kompotları, meyvə salatlarını qəbul edə bilərlər.
Şirniyyatlar iştaha azaltmayacaq dərəcədə yeyilməlidir. Çox şirin qidalar qəbul etmək əsas yeməklərin qəbulunun azalmasına və iştahanın bağlanmasına səbəbdir.
Çox gərgin hərəkətdə olmayın. Bunun əvəzinə yeməkdən 1 saat öncə 30 dəqiqəlik yüngül templi gəzinti iştahanı açır və kalori dəyərini artırır.
Yeməklər bişirilərkən qida dəyəri artırılmalıdır. Məsələn, makaronlar pendirli, qiyməli olmalıdır. Tort və piroqlar fındıqlı, qozlu edilə bilər. Şorbalara qiymə, buğda, düyü, kartof, əriştə qoyula bilər.


Xəbəri paylaş

1 0878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___