“Qanun Prezident Administrasiyasını ləğv edə bilməz” - Şahin Əliyev
Tarix: 25-04-2017 | Saat: 20:44
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Təəssüf ki, Azərbaycan Respublikasının Konstitusiyasını oxuyan jurnalistlərin sayı kifayət qədər azdır. Bilmək lazımdır ki, qanun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını ləğv edə bilməz. Çünki Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsində nəzərdə tutulub".
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev AzərTAC-a açıqlamasında deyib.
O bildirib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa nəzərdə tutulan dəyişikliklərin mahiyyəti isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən bir sıra qurumlar dövlət qulluqçuları təsnifatına salınsın:
"Misal üçün, Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təmin edilməsində yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyası deyil, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti də iştirak edir.
Ona görə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklərdə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən qurumlar cəm halda göstərilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının adı qanunda öz əksini tapa bilər, çünki bu ad Konstitusiyada təsbit olunub. Lakin adını çəkdiyim digər iki qurumun - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin adları qanuna salına bilməz. Ona görə ki, bu hal olsaydı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri məhdudlaşmış olardı.
Konstitusiyaya görə, Azərbaycan Respublikasının Prezidenti qanunları poza bilməz və adını çəkdiyim qurumların mövcudluğu qanunda öz əksini tapsaydı, gələcəkdə zərurət olduqda Prezident onları yenidən təşkil edə və ya adlarını dəyişdirə bilməzdi".
Xəbəri paylaş
5328 dəfə oxunub.
Digər xəbərlər

13-07-2022, 09:52
Xəyalədən onları təlxək adlandıran deputata ağır sözlər: "Qapı-qapı gəzib... - FOTO
6-05-2021, 21:10
Bağırsaqları 10 kq zibildən təmizləyən sadə metod
5-11-2015, 16:52
Burnunu düzəltdirmək istəyənlər oxusun! - PLASTİK CƏRRAH YAZIR
15-02-2022, 11:54
INTEKS” MMC-dən görünməmiş ÖZBAŞINALIQ: Bələdiyyənin binasını da ƏLƏ KEÇİRİBLƏR... - “Yerləşdiyimiz binanı söküb bizə demədən özəlləşdirdilər”
16-04-2015, 12:11
Ordumuz şəhid verdi – FOTO
16-01-2016, 16:15
Biabırçılıq: azərbaycanlı rəssam kişi Rusiyada ərə getdi - FOTO
6-11-2016, 20:40
Rusiyada azərbaycanlıların olduğu bina partladı
30-08-2017, 22:50
Ölülərin fotoşəkillərini evdə saxlamayın, yoxsa... - FOTO
17-10-2022, 10:37
Rəqsanənin qızından boşanmasıyla bağlı açıqlama: “Bundan sonra...”
30-09-2016, 22:33
Gələn ildən kredit büroları yaradılacaq