Bakı metrosunda qatar tuneldə qalıb
Tarix: 24-04-2017 | Saat: 22:01
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakı metropolitenində qatar tuneldə qalıb. APA-nın məlumatına görə, hadisə “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyaları arasındakı məsafədə baş verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında faktı təsdiqləyib. O, bildirib ki, Dərnəgül-Həzi Aslanov xətti ilə hərəkət edən qatar texniki nasazlıq üzündən “İnşaatçılar” və “Elmlər Akademiyası” arasındakı tuneldə qalıb. Problem 9 dəqiqə davam edib. Nasazlıq aradan qaldırılıb və qatar hərəkətinə davam edib.
Baş vermiş hadisə üzündən hazırda Bakı metropolitenində qatarların hərəkət qrafikində ləngimə müşahidə olunur. Nəsimi Paşayev bildirib ki, ləngimə müddəti get-gedə azalır və tezliklə qatarların hərəkəti qrafikə uyğun davam edəcək.
Xəbəri paylaş
6268 dəfə oxunub.
Digər xəbərlər

20-09-2018, 10:06
Yaşıl çay xərçəng şişlərinin müalicəsinə necə kömək edir?
20-09-2016, 18:20
İlham Əliyevdən sensasion - Açıqlamalar +Video
11-12-2021, 11:00
Bakıda yeni dələduzluq: Fərda Xudaverdiyev Qarabağ qazisinin 20 minini alıb? - VİDEO
14-02-2019, 12:30
Ramil Usubov 4 rayona yeni polis rəisləri təyin etdi - SİYAHI
7-09-2015, 15:43
Lragir: Putin Qarabağı Azərbaycana qaytara bilər
5-12-2021, 12:30
Metroda həyəcanlı anlar - Sərnişin stansiya yoluna düşdü
5-04-2017, 17:35
Dolların sabaha olan məzənnəsi açıqlanıb
22-02-2017, 21:20
Melaniya Trampın “əkiz”i ortaya çıxdı - Fotolar