Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaz üçün MASKALAR
Tarix: 24-04-2017 | Saat: 16:01
Bölmə:Karusel / Qadınlar | çapa göndər

Yaz üçün MASKALAR

Əziz xanımlar, artıq yaz fəslinin gəlişi ilə yaz günəşi üz dərimizə daha tez ləkə sala bilir. Bunun üçün müxtəlif maskalardan istifadə edilir. Bu maskalardan bir neçəsini sizə təqdim edirik.Yararlana bilərsiz!

Tərkibi:

Qızılgül ləçəyi

1 çay qaşıgı un
2 çay qaşıgı xama
1 çay qaşıgı bal
1 çay qaşıgı konyak

Bunları bir yerdə qarışdırıb məhlul halına salırıq. Sonra bu məhlulu üzümüzə çəkib 30 dəqiqə saxlayırıq və ilıq su ilə yuyuruq. Sonra nəmləndirici kremdən istifad edirik. Bu maskanı 10 gün istifadə etsəniz, təsirini görərsiz.

Yaz fəslində cürbəcür ətirli qızılgüllər açdığı üçün qızılgül maskası üz dərimizi həm təravətləndirir həm də qidalandırır.

Tərkibi:
Qızılgül ləçəkləri
1 ədəd yumurta
4 damcı limon suyu
1 çay qaşıgı xama

Bu maskanı da eynilə birinci kimi məhlul halına salıb üzümüzdə 30 dəqiqə saxlayırıq. Lakin üz dərisi quru olanlar yumurtanın sarısından, üz dərisi yağlı olanlar isə yumurtanın ağından istifadə etməlidirlər.Bu maska həm göz ətrafında əmələ gələn qaraltını aparır, həm də göz ətrafında qırışların əmələ gəlməsini qarşısını alır. Bu maskanı mütəmadi olaraq istifadə etsəniz 100% təsirini görəcəksiniz.

Çobanyastığı çiçəyini dəmləyərək soyuducuya qoyub buz halına salırıq. Cəfərini şirəçəkən maşından keçirib buz halına salırıq. Hər gün üzümü buzla masaj edirik. Bu üzümüzdə olan ölü hüceyrələri təmizləyir, qan dövranını tənzimləyir və dərini ağardır.


Xəbəri paylaş

1 2688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___