Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ANAR dünya şöhrətli müğənni ilə bir səhnəni bölüşdü - Fotolar
Tarix: 23-04-2017 | Saat: 20:34
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

ANAR dünya şöhrətli  müğənni ilə bir səhnəni bölüşdü - Fotolar

Azərbaycanlı müğənni sevənlərinin qarşısında...

Dünya şöhrətli alman müğənnisi və bəstəkarı, ötən əsrin 80-ci illərində məşhur “Modern Talkinq” qrupunun solisti olmuş əfsanəvi Tomas Anders aprelin 22-də BƏƏ-nin Dubay Əmirliyinin ən yaxşı arenaları siyahısına düşən "Music Hall"un səhnəsində gözlənilən konsertini verdi.
Almaniyalı müğənni səhnəni tək deyil, gənc pop ulduz ANAR ilə bölüşdü.
BƏƏ-nin Dubay Əmirliyinin ən yaxşı arenaları siyahısına düşən " Music Hall"un səhnəsində birinci ANAR möhtəşəm şou nümayiş etdirib. Bu arenada bir sıra dünya ulduzları konsert proqramı ilə çıxış edib. Pop star bir-birinin ardınca "Не со мной" və "Второе дыхание" kimi mahnılarını səsləndirib və hərəkətli mahnıları ilə tamaşacıları daha da coşduraraq, onlar tərəfindən gur alqışlarla qarşılandı.
Pop star ANARdan sonra almaniyalı müğənni Tomas Anders musiqiçilərlə səhnəyə çıxıb. Konsertdə Tomas Anders köhnə hit mahnıları ilə yanaşı, yeni mahnılarını ifa edib. Müğənninin heyranları Tomasının mahnılarını onunla birlikdə ifa edirdilər.
Konsertdən sonra ANAR və əfsanəvi Tomas Anders görüşüb selfi də çəkdirib.
"Xəbəraz.az " konsertdən fotoları təqdim edir.

ANAR dünya şöhrətli  müğənni ilə bir səhnəni bölüşdü - Fotolar
ANAR dünya şöhrətli  müğənni ilə bir səhnəni bölüşdü - Fotolar
ANAR dünya şöhrətli  müğənni ilə bir səhnəni bölüşdü - Fotolar


Xəbəri paylaş

8668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___