Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sarımsaq MÖCÜZƏSİ
Tarix: 23-04-2017 | Saat: 17:22
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Sarımsaq MÖCÜZƏSİ

Sarımsağın tərkibində "olleum allicine" yağı 1944-cu ildə J.Cavallit və J.Bailey adlı iki alim tərəfindən kəşv edilmişdir. Bu yağın 1 milli qramı 15 vahid pensillin aktivliyinə bərabər qiymətləndirilmişdir. Mikroblarla iç- içə yaşayan, çirklənmiş qidalar yeyən, gecəqondularda yaşayan insanların infeksion xəstəliklərə tutulmamasının səbəbi sarımsaq yemələrinin olduğu bildirilir. Dünyada ən çox sarımsaq istifadə edilən ölkə Bolqarıstandır. Xərçəng və damar kirəcləşməsindən ölənlərin sayı Avropa ölkələri ilə müqayisədə Bolqarıstanda 6-7 dəfə azdır.

Önəmli faydaları: ölümlərə səbəb olan damar kirəcləşməsini önləyir, yaraları sağaldır. Ağ ciyər, qaraciyər, öd kisəsi və ürəyin işini gücləndirir. Bağırsaq qurdlarını və digər parazitləri öldürür, mədə və bağırsaqları dezinfeksiya edərək zərərli bakteriyaları yox edir. Həzm fermentlərini aktivləşdirməklə iştahı açır. Nəfəs borusu rahatsızlıqlarında və bronxitdə effektiv təsiri var. Vərəm xəstələrinə sarımsaq yemələri tövsiyyə olunur. Hipertoniyali (yüksək arterial təzyiq) xəstələrdə arterial təzyiqi düşürür. Temperatur salıcı təsiri mövcuddur. Bağırsaq qazlarını aradan qaldırır. Qrip viruslarını öldürərək orqanizmi bu xəstəliyə qarşı qoruyur. Böyrək daşlarının əmələ gəlməsini əngəlləyir. Ürəyi bəsləyən tac damarları genişləndirir ki, bu da miokard infarkt riskini azaldır. Cinsi gücü artırır. Bədəni ağcaqanadlardan və həşaratlardan qoruyur. Yəni, sarımsaq yediyiniz zaman sizi ağcaqanad dişləməz. Ödün ifrazını artırır, qəbizliyi önləyir. Saç tökülməsinin qarşısını alır, səsi gözəlləşdirir, qanda şəkərin miqdarını azaldır. Ona görə şəkərli diabet xəstələrinə hər gün iki diş sarımsaq yemək tövsiyyə olunur. Sarımsaq immun sistemini aktivləşdirərək antibiotiklərə bənzər təsir göstərir ki, bu da orqanizmə düşmüş infeksiyanı öldürür. Qandakı xolestrolun miqdarını azaldır. Aparılan arşdırmalar zamanı hər gün iki diş sarımsaq yeyən adamların qısa dönəmdə qandakı xolestrol səviyyəsində 10%-lik enmə olduğu müşahidə olunub. Sarımsaq qanı durulaşdıraraq qan dövranını yaxşılaşdırır və nəticədə ürək krizlərinə səbəb olan damar tıxanıqlarının qarşısını alır. Orqanizmin xərçəngə tutulma riskini azaldır. Araşdırmalar zamanı sarımsaq yeyən adamların xüsusən mədə xərçənginə tutulma təhlükəsinin azaldığı göstərilmişdir.

Sarımsağın bu faydalarından yararlanmaq üçün hər gün iki diş yemək kifayətdir. Daha artıq yemək onun faydasını artırmaz. Yüksək temperaturda hazırlanan qidalarla bir yerdə bişirilməsi effektivliyini azaldır. Qurd xəstəliklərində 1 diş sarımsaq qüvvətli şəkildə çörəyin üzünə sürtülür ve həmin çörək yeyilir. Qurd xəstəlikləri üçün digər üsul: 100 qr xırdalanmış sarımsaq, 200 ml su və 200 qr şəkər tozu eyni qabda bir gün saxlanıldıqdan sonra yaxşı qarışdırlıb süzülür. Əldə olunan məhlul hər gün 2-3 xörək qaşığı içilir. Yara sağaldıcı kimi 1 diş sarımsaq uzununa dilimlənir və yaranın üstünə qoyulur. Təziq düşürücü kimi 10 qr sarımsaq əzilir, üzərinə 10 ml keyfiyyətli araq əlavə edilir. Qarışıq bir gün qaldıqdan sonra süzülür. Alınan məhlul gündə 3 dəfə 15-30 damcı içilir.



1 0248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___