Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Min bir dərdin dərmanı-GÜLXƏTMİ
Tarix: 22-04-2017 | Saat: 22:32
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Min bir dərdin dərmanı-GÜLXƏTMİ

Əməköməcilər ailəsindən olan, tünd çəhrayı rəngdəki xətmi çiçəyi yalnız bir bəzək bitkisi olaraq istifadə edilmir.
Xalq arasında "gülxətmi, silindr çiçəyi, dəvə gülü" kimi adlarla da xatırlanan bu bitki tərkibindəki çox pektin, nişasta,jelatin və daha bir çox komponentlə sizə faydalı olacaq bir təsirə sahibdir.
Bədənə rahatlıq və gümrahlıq verən bu bitkinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri tənəffüs yollarına saysız faydası olmasıdır. Tənəffüs yolları infeksiyası keçirən kəslərdə iç səthi yaxşılaşdıran bu möcüzəvi bitki, sinə bölgəsini yumşaldaraq bəlğəmin bədəndən atılmasına da köməkçi olur. Xüsusilə qış aylarında tez-tez təsadüf olunan soyuqlamalarda, qrip, soyuqdəymə kimi xəstəliklərlə mübarizə aparmaq üçün gülxətmi çiçəyini istifadə edə bilərsiniz. Eyni zamanda bronxit və farangit kimi xəstəliklərə də olduqca yaxşı gələn bu bitki tənəffüs sistemi xəstəliklərində əvəzsizdir.

Həzm sistemi üzərində də yaxşı təsiri var.
İltihab əleyhinə və antimikrobial xüsusiyyətlərə malik gülxətmi çiçəyi tənəffüs yollarında təsirli olduğu qədər həzm sistemi üzərində də bir çox gözəl təsirə malikdir. Mədə xorası, mədə iltihablanması kimi xəstəliklərin sağalmasına köməkçi olan bu çox funksiyalı bitki, eyni zamanda köp və qaz kimi şikayətlərin aradan qaldırılmasında da böyük rol oynayır. Əgər xroniki qəbizlikdən şikayətçisinizsə gündəlik bəslənmənizdə gülxətmi çiçəyinə yer verərək bu problemi ortadan qaldırmanız mümkündür.
Xəttmi çiçəyi, sidik yollarında da möcüzəvi təsirlərə malikdir. Əgər sidik yolu infeksiyası keçirirsinizsə, böyrəkləriniz iltihablanmışsa və ya böyrək daşı sancısından şikayətçisinizsə xətmi çiçəyinin təsirindən faydalanaraq bu çətinliklərdən xilas ola bilərsiniz. Sidik qovucu təsiriylə də məşhur olan bu bitkini sıx şiş çətinliyi yaşadığınız günlərdə içdiyiniz su miqdarını artırmaq şərtiylə qəbul edə bilərsiniz.

Sızanaq və ləkələrə qarşı da təsirlidir.
Möcüzəvi xətmi çiçəyini çay olaraq qəbul etmənin yanında, çiçəyin yarpaqlarını bir miqdar su ilə birgə sıyıq halına gətirərək bədəninizdəki sızanaq, yara və ləkələrin üzərinə istifadə etsəniz təsirini gözlə görə bilərsiniz. Müsbət nəticə əldə etməniz üçün bu əməliyyatı nizamlı olaraq təkrarlamanız kafidir.
Ağız və diş sağlamlığına da bir çox faydası olan bu bitkidən əldə edilən çayla qarqara edərək, ağız və diş əti iltihablanmalarını və diş əti çəkilmələrini müalicə edə bilərsiniz.

Gülxətmi çayı necə hazırlanır?
Gülxətmi çiçəyinin qurumuş yarpaqlarından bir tutamını 1 litr qaynar suyun içərisinə atıb 10-15 dəqiqə dəmlənməsini gözləyərək çay kimi qəbul edə bilərsiniz. Diləsəniz içərisinə qərənfil və tarçın ataraq iştahınızın və qan şəkərinizin tarazlıqlanmasını da təmin edə bilərsiniz. Tənəffüs yolları narahatlıqları yaşayanlar xətmi çiçəyini su yerinə ilıq südün içərisinə ataraq qəbul edə bilərlər.

Hamilələr qətiliklə istifadə etməməli!
Gülxətmi çiçəyinin hər nə qədər gözəl təsiri olsa da, hər bitki çayı kimi nəzarətlə qəbul etmək ən doğrusudur. Çay, 6 yaşından kiçik uşaqlarda və hamilələrdə heç bir şəkildə istifadə edilə bilməyəcəyi kimi, sağlam yetkin fərdlərin də gündə 1-2 fincandan çox qəbul etməməsi məsləhətdir.. Xroniki bir xəstəliyə sahib olan, nizamlı olaraq dərman istifadə edən, hər hansı bir müalicəyə davam edən kəslərin bu çayı qəbul etmədən əvvəl mütləq həkimlərinə məsləhətləşmələri lazımdır.


Xəbəri paylaş

4 9518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___