Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qadınların cinsi təcrübələrini öz aralarında danışmaqları günahdır?
Tarix: 22-04-2017 | Saat: 20:00
Bölmə:Karusel / İbadət | çapa göndər

Qadınların cinsi təcrübələrini öz aralarında danışmaqları günahdır?

Evli qadınların (eyni zamanda kişilərin) ancaq özlərinə aid olan məsələləri və ərləri (arvadları) ilə olan münasibətləri bir-birinə danışmaqları düzgün deyil.

"Xəbəraz.az " muselmanlar.com-a istinadən bildirir ki, Muhəmməd peyğəmbər (s. a. v.) bu barədə belə demişdir:

"Şübhəsiz ki, Qiyamət günündə Allahın dərgahında vəziyyəti ən pis olan insanlardan biri də arvadı ilə yaxınlıq etdikdən sonra onun sirrini yayandır".

"Şübhəsiz ki, Qiyamət günündə Allahın dərgahında ən böyük xəyanətlərdən biri arvadla ər birlikdə olduqdan sonra ərin arvadın sirrini ifşa edib danışmağıdır".

Bir gün bir dəstə kişi və qadın oturmuşdular. Peyğəmbər (s. a. v.) onlardan soruşdu:

"Sizin aranızda elə bir nəfər varmı ki, arvadı ilə yaxınlıq etmək itədiyi vaxt qapını örtsün və öz üstünə də bir şey çəkib Allahın örtüyü ilə örtünsün?"

Onlar da cavab olaraq: "Bəli", - dedilər.

Allahın elçisi (peyğəmbər) sözlərinə davam etdi:

"Sonra (həmin şəxs) bu işdən (cinsi yaxınlıq) sonra (bir məclisdə oturub) mən bu gün arvadımla belə-belə etdim", - deyərmi?"

Cavab verən olmadı. Bunun üstündən peyğəmbər üzünü qadınlara tutub soruşdu:

"Sizin aranızda da bu kimi şeyləri başqalarına danışanlar var?"

Qadınlar da susdular. Sonra cavan bir qız bir dizinin üstünə çökdü və sözünü yaxşıca eşitdirmək üçün və peyğəmbər onu görsün deyə, boğazını qabağa uzadıb dedi:

"Ey Allahın peyğəmbəri! Bu kişilər də, qadınlar da bu kimi şeyləri başqalarına danışırlar".

Bunu eşidən peyğəmbər dedi:

"Heç bilirsiniz, bu nəyə oxşayır? Bu, bir şeytanın bir şeytanla yolda rastlaşıb camaat onlara baxa-baxa cinsi əlaqədə olmağına oxşayır..."

Nəticə olaraq, ər-arvadın öz aralarında baş verən şeyləri başqalarına danışmaqları günahdır. Bunun belə olduğunu yuxarıdakı hədislərdən də açıq-aydın surətdə görmək mümkündür. Elə isə bu pis əməldən uzaq durmaq lazımdır.


Xəbəri paylaş

8738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___