Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müğənnilərimizin TƏHSİLİ - hüquqşünas, müəllim, tibb bacısı...
Tarix: 22-04-2017 | Saat: 19:11
Bölmə:Karusel / Şou-Biznes / Maraqlı | çapa göndər

Müğənnilərimizin TƏHSİLİ - hüquqşünas, müəllim, tibb bacısı...



Bu gün Azərbaycan şou-biznesində kifayət qədər məşhur müğənni var. Onların sənəti ilə yanaşı, gündəlik fəaliyyətləri, övladları, yaşam tərzləri də diqqət mərkəzindədir. Eləcə də müğənnilərin təhsili...

"Xəbəraz.az "xəbər verir ki, modern.az saytı şou-biznesin üzdə simalarının təhsilini araşdırıb, kimin əsl ixtisası nədir...

Azərbaycanın xalq artisti Faiq Ağayev Tibb Universitetinə daxil olsa da, sonradan təhsilini yarımçıq qoyub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr aktyoru" fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Əməkdar artist Röya Ayxan 2004-cü ildə ali məktəbə daxil olub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

Müğənni Rəqsanə İsmayılova ilk təhsilini Gəncədəki texnikumda alıb və bir müddət orta məktəbdə ibtidai siniflərə dərs keçib. Məlumata görə, o, 2013-cü ildə Rusiya universitetlərinin birinin hüquq fakültəsinə daxil olub.

2011-ci ildən Azərbaycanın əməkdar artisti olan, filologiya üzrə fəlsəfə doktoru Lalə Məmmədova 1995-ci ildə Azərbaycan Dillər Universitetinə daxil olub. 2001-ci ildə Dillər Universitetinin magistratura pilləsini bitirdikdən sonra 2002-ci ildə Milli Konservatoriyanın "solo oxuma" xanəndəlik sinfinə daxil olub.



Elnarə Xəlilova 1997-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Hazırda təhsilini Milli Konservatoriyada davam etdirir.

Xatirə İslam əvvəlcə Tibb Texnikumunun tibb bacısı peşəsinə yiyələnib. Lakin sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

Xalq artisti Zülfiyyə Xanbabayeva Mədəniyyət və İncəsənət İnstitutunun "Teatr rejissoru" fakültəsinini bitirib.

Əməkdar artist Tünzalə Ağayeva Gəncə şəhərində musiqi texnikumunun fortepiano sinfində təhsil alıb.

Əməkdar artist Abbas Bağırov 2000-2002-ci illərdə Maliyyə-iqtisad kollecində təhsil alıb.

Əməkdar artist Aygün Bəylər ilkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. Sonralar Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsini bitirib.



Xəbəri paylaş

5678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___