Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ruhi uşaqlarının atası ilə barışdı - MİLYONLUQ EVLƏR, MAŞIN...
Tarix: 22-04-2017 | Saat: 10:33
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Ruhi uşaqlarının atası ilə barışdı - MİLYONLUQ EVLƏR, MAŞIN...


İlham Rəhimovla bağlı yeni və intim məlumatlar yayılıb.

"Xəbəraz.az "virtualaz.org-a istinadən bildirir ki, milyarder Rəhimov keçmiş məşuqəsi, müğənni və biznes-ledi (tovuzlu gözəlçə bir vaxtlar özünü belə təqdim etməyi xoşlayırdı.-red) Ruhi (Ruhiyyə Əliyeva) ilə barışıb. Üstəlik Ruhi ilə izdivac zamanı qadının dünyaya gətirdiyi iki uşağı da övladlığa götürmək barədə düşünür. Lakin milyarderlərin qızları gələcəkdə milyardlarla dollarlıq mirasın bir hissəsinin əldən çıxa biləcəyini nəzərə alaraq atalarının bu niyyətinə qarşı çıxırlar.

Hind kinolarının süjetini xatırladan bu əhvalat barədə Baku.ws portalı ətraflı yazır. Həmin əhvalatda İlham Rəhimovla Ruhi arasındakı izdivacın təfərrüatlarına məsələnin intim xarakter daşıdığını nəzərə alaraq toxunmuruq. Lakin xatırlatmaq lazım gəlir ki, bu izdivac bir vaxtlar Azərbaycan mediasının gündəmindən düşmürdü. Çünki Ruhi İ.Rəhimovla bir neçə il birlikdə yaşadıqdan və oliqarxın hesabına xeyli sərvət sahibi olduqdan sonra ondan hamilə qaldığını car çəkmişdi. Və nə sirr idisə bu hamiləlik barədə xəbər yayılan kimi İ.Rəhimov Ruhidən ayrıldı, tələm-tələsik rəsmən yeni ailə qurdu. Və çox keçmədən rəsmən boşandı.

O zaman İ.Rəhimova yaxın media yazırdı ki, milyarder Ruhinin uşaqlarının atası deyil. Və iddia edilirdi ki, müğənni bətnindəki uşaqların atasının İ.Rəhimov olduğunu car çəkməklə gələcəkdə onun sərvətindən bir qismini miras kimi ələ keçirməyə hazırlaşır. Bildirilirdi ki, əslində İ.Rəhimov yenidən ata olmaq qabiliyyətini itirib və bu hamiləliyə qətiyyən dəxli yoxdur. Həmin qəzetlərdə yazırdılar ki, İlham Rəhimovla Ruhi övlad sahibi olmaq üçün neçə il çalışsalar, müalicə alsalar da bu mümkün olmayıb. Yəni eyham olunurdu ki, Ruhi uşaqları İ.Rəhimovla yaşadığı müddətdə əslində başqa kişidən qazanıb, başqa sözlə, öz zəngin sevgilisinə xəyanət edib.

Ancaq Ruhi də öz növbəsində sarı medianın səhifələrində israrla bildirirdi ki, bətnindəki əkiz uşaqların atası məhz İlham Rəhimovdur. Beləcə bu əhvalat bir müddət müzakirə olundu və Ruhi uşaqları Türkiyədəki klinikaların birində dünyaya gətirib onlara Məhəmməd və Həsən adlarını qoydu. Nədən bu adların seçildiyini təxmin etmək isə çətin deyildi. Axı uşaqların iddia olunan atasının öz atasının adı Məhəmmədhəsən olub. O vaxtdan əhvalat sanki unudulmuşdu və belə görünürdü ki, Ruhi uşaqların atasının İlham Rəhimov olduğunu rəsmiləşdirməkdə sanki israrlı deyil.

İndi isə sözügedən sayt yazır ki, İlham Rəhimovla Ruhi barışıb. İddiaya görə, onlar yenə birlikdədir və Rəhimov Ruhinin dünyaya gətirdiyi, hazırda 6 yaşın içərisində olan həmin uşaqları Bakının elit bağçalarından birinə qoyub. Onların adına şəhərin mərkəzində təxminən 1 milyon dollara iki böyük mənzil alıb. Ruhiyə isə son model "Lexus" bağışlayıb. Sayt bu əfsanəvi barışıq barədə Ruhidən soruşub, amma müğənni-biznesvumen bu haqda danışmaq istəməyib, dəstəyi qapadıb.

Sayt xatırladır ki, Ruhiyyə Əliyeva 1977-ci il, martın 8-də Tovuzun Aşağıeyyublu kəndində dünyaya göz açıb. Yeri gəlmişkən, münasibətlərinin olduğu illərdə hər 8 Mart Ruhi üçün xüsusi keçirmiş. Həm doğum günü, həm xanımlar günü münasibəti ilə İlham Rəhimov Ruhini ən bahalı hədiyyələrə qərq edirmiş... İ.Rəhimov özü isə 1951-ci il, yanvarın 14-də Tovuzda doğulub. Onların arasında 26 yaş fərqi var.

Bəs bizim qəhrəmanımızın keçmiş məşuqəsi ilə barışması necə baş tutub? Xəyanət eyhamları, "uşaqlar məndən deyil" bəyanatları nə tez yaddan çıxıb?

Əhvalatın bu hissəsi də saytın yazdıqlarına inansaq, hind filmlərinin süjetlərindən geri qalmır. Belə nəql edirlər ki, bir müddət əvvəl İ.Rəhimovun qohumlarından biri hansısa məclisdə uşaqları-Məhəmmədlə Həsəni görür və onların şəklini çəkərək professora çatdırır. İ.Rəhimov fotoları görər-görməz heyrətlənir, gözləri dolur, uşaqların ona həddindən artıq çox oxşadığını deyir.

Guya, elə məhz bu nüans onu yumşaldıb, necə deyərlər, ürəyinin "sarı simi"nə toxunub. Odur ki, bu hadisədən sonra Ruhidən uşaqları onunla görüşdürməsini xahiş edir.

Və... bu görüş baş tutur. Görüşdə əkizlər atalarını dərhal tanıyırlar. Bu, onların hər gün şəklini gördüyü adamdır...

Bundan sonra uşaqlarla görüş intensiv xarakter alır. Bu əsnada yaranmış fürsət Ruhi ilə İ.Rəhimovun əlaqələrini yeni məcraya yönəldir və onlar barışmağa qərar verirlər. Əhvalatın davamında isə İlham Rəhimov uşaqları himayəsinə götürmək qərarına gəlir. İndi onların bir ailə şəklində yaşayıb-yaşamadığı haqda müfəssəl məlumat olmasa da, tez-tez görüşdükləri xəbər verilir.

Lakin oxucular razılaşmaya bilməz ki, heç də bütün hind filmlərində məhəbbət dramları bu cür xoşbəxt sonluqla bitmir. Saytın yazdığına görə İlham Rəhimovla Ruhiyyə Əliyevanın yeni izdivacını həzm etməyənlər də var. Bu, milyarderin əvvəlki nigahdan olan və onun əmlakının yeganə qanuni varisləri olan iki qızıdır. Bildirilir ki, Rəhimov hələ Ruhinin dünyaya gətirdiyi uşaqlara atalığını rəsmiləşdirməyib, ancaq belə niyyəti var. Lakin qızların bu məsələyə isti baxmadığı, gələcəkdə Məhəmmədlə Həsənin onların atalarının çoxmilyardlıq sərvətlərinə sahib çıxa biləcəklərini nəzərə aldıqları deyilir. Yəni kəskin süjetli bu eşq melodramının hələ davamı var...

Xatırladaq ki, İlham Rəhimov Moskvadakı nəhəng "Food City" də daxil olmaqla çoxsaylı kommersiya daşınmaz əmlakın-otellərin, bazarların, ticarət mərkəzlərinin və s. sahibidir. Onun biznes ortaqları Qubadan olan milyarderlər Qod Nisanovla Zarah İliyevdir.


Xəbəri paylaş

1 2678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___