Krediti olanlar sosial ev ala biləcəklərmi?
Tarix: 21-04-2017 | Saat: 07:14
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

“Sosial evlər almaq üçün bizim mərkəzə daxil olan müraciətlərin də sayı artır”.
Bunu iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, müraciətdə ən çox ünvanlanan suallardan biri hal-hazırda mənzil sahibi olanların sosial ev ala biləcəyi ilə bağlıdır: “Mövcud qanunvericilik mənzilə sahib olanların sosial evlərə müraciətini məhdudlaşdırmır. Bu isə o deməkdir ki, adına ev olanlar sosial mənzilə müraciət edə bilərlər. Kreditin olması da sosial mənzilə müraciəti məhdudlaşdırmır. Krediti olanlar sosial mənzil ala bilərlər. Sadəcə bu zaman aylıq kredit ödənişləri xərc olaraq müraciət edən şəxsin gəlirindən çıxılır və əgər müraciətçinin gəliri bütün öhdəlik və xərc çıxıldıqdan sonra sosial evə müraciətə imkan verirsə o zaman bu, mümkündür.
Bundan əlavə, müraciət sistemi 2 mərhələli olacaq. Mayın 1-dən başlanan 1-ci mərhələdə qeydiyyat prosesi həyata keçiriləcək. Daha sonra sosial ev almaq hüququna malik olan və qeydiyyatdan keçənlər sosial ev almaq üçün müraciətə dəvət ediləcək. Məhz ikinci mərhələdə tez müraciətə daha tez baxılacaq.
Mayın 1-dək qeydiyyatdan keçmək mümkün deyil. Bununla belə, Bakıda 1, 3 və 5 saylı ASAN Xidmətlərdə və eləcə də Sumqayıt ASAN Xidmətdə artıq sosial evlər ilə bağlı bütün suallara aydınlıq gətirilir. Sosial ev almaq istəyənlər sözügedən xidmətlərə müraciət edə bilərlər”.qafqazinfo
5318 dəfə oxunub.
Digər xəbərlər

24-10-2015, 15:26
Əməkdar artist vəfat etdi
5-04-2022, 03:31
Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə aid olunduğu deyilən "Medistyle Hospital”
9-02-2020, 22:01
DİN seçkilərlə bağlı məlumat yaydı
2-10-2016, 12:24
Roma Papası Azərbaycana gəldi FOTO
12-08-2016, 22:57
Yerevanda torpaqların Azərbaycana qaytırılmasına qarşı ETİRAZ
2-11-2017, 14:04
Hüseynin Dərdinə dərman yox "Həkim tapılmır"
10-05-2016, 07:40
100 minlik maşınla 1 manata... – Reyd
23-04-2022, 11:47
250 minlik Sumqayıt səhiyyəsinin şöbə müdiri Səkinə Sadıqova... - Mollanın inəyə dua yazması və Səkinə Sadıqovanın əməlləri...
9-05-2021, 10:44
Oğuzdan "ACI XƏBƏR" - 15 yaşlı məktəbli özünü asdı