Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Mercedes" "London taksisi"nə çırpıldı: 5 yaralı
Tarix: 21-04-2017 | Saat: 06:11
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

"Mercedes" "London taksisi"nə çırpıldı: 5 yaralı

Gecə saatlarında Abşeron rayonunun Sulutəpə qəsəbəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


"Xəbəraz.az "-ın Report-a istinadən xəbərinə görə, qəzaya dairədə yol nişanının tələbinə əməl etməyən "99-XU-438" dövlət qeydiyyat nişanlı "London taksisi"nin sürücüsü səbəb olub.


Nəticədə yüksək sürətlə gələn "10-NA-016" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil taksiyə çırpılıb. Zərbə o qədər güclü olub ki, "Mercedes" bir neçə dəfə dövrə vuraraq işıq dirəyinə çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü, 1999-cu il təvəllüdlü Əyyubov Nicat Rasim oğlu və sərnişinlər - 1995-ci il təvəllüdlü Albabayev Rahim Şahin oğlu, 1996-ci il təvəllüdlü Kərəmov Əhəd Vidadi oğlu, 1997-ci il təvəllüdlü Qarayev Tural Cavanşir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Bundan əllavə, "London taksisi"nin sürücüsü, 1983-cü il təvəllüdlü Alməmmədov Zamin Ümid oğlu da bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.


Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırmalar aparılır.

"Mercedes" "London taksisi"nə çırpıldı: 5 yaralı


Xəbəri paylaş

5668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___