Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Mənim kimi xanımın həyat yoldaşı olmamalıdır” - Mətanət Əliverdiyeva
Tarix: 18-04-2017 | Saat: 16:47
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

“Mənim kimi xanımın həyat yoldaşı olmamalıdır” - Mətanət Əliverdiyeva

"Elə dövrə düşdü ki, bizim onunla münasibətimiz Qarabağ müharibəsi zamanı idi. O zaman qərar verdim ki, döyüşə gedəcəm. Hərbiçi olmaq istəyirdim, atam icazə vermədi. Atama indi deyirəm ki, qoysaydın o vaxt indi general idim. Bir az sındım ki, istədiyimə nail olmadım. Evdə döyüşə gedəcəyimi deyəndə etiraz etdilər. Sonda dedilər ki, bunu nə qədər tez evləndirsək, o qədər yaxşıdı".

"Xəbəraz.az "xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva ARB TV-nin "Gəlin danışaq" verilişinə açıqlamasında deyib.

Aparıcı şəxsi həyatından danışıb:

"Evləndim, amma çox uzun çəkmədi. 2 ildən bir az çox çəkən evliliyim oldu. Anladım ki, o deyil. Mən həmişə düşünürəm ki, gərək mənim kimi xanımın həyat yoldaşı olmasın. Həmişə bu fikrdə olmuşam. Çox sərbəstəm, öz fikirlərimi deyən, bildiyimi yeridənəm. Kimsə mənə deyə bilməz ki, "niyə bunu belə elədin?", "sən bu vaxta kimi hardasan?". Bunu qəbul edə bilmirəm. Hər şeyi özüm edirəm. Həyat yoldaşım psixoloji cəhətdən məndən 10 dəfə güclü olmalıdır".

M.Əliverdiyeva bildirib ki, boşandıqdan sonra işləməyə başlayıb:

"Ayrılandan sonra anamgilin yanına qayıtdım, övladım oldu. Sonra işə düzəldim radioda. Hamının tanıdığı Böyük Seva məni işə düzəltdi. Ona təşəkkür edirəm. Sonra televiziyada aparıcı olmağı təklif edəndə istəmədim. Radionu sevirdim. Sonra çıxdım, böyük partlayış oldu. Daha sonra gördülər ki, bir yerdə dayana bilmirəm, "Ford Boyard"a göndərdilər. Xəbərlərdən şouya getdim. Elməddin sağ olsun, seriala təklif göndərdi və çəkildim. Bu cür həyatda davam edirəm".


Xəbəri paylaş

2 0398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___