Həmişə cavan və gözəl görünmək üçün-BUNLARI EDİN
Tarix: 18-04-2017 | Saat: 13:13
Bölmə:Karusel / Qadınlar | çapa göndər
1 yumurta sarısını 1 çay qaşığı çaytikanı yağı ilə qarışdırdıqdan sonra üzərinə 1 neçə damcı limon şirəsi və bir qədər təzə dəmlənmiş yaşıl çay əlavə edilir. Bir daha qarışdırdıqdan sonra alınan maskanı üzə çəkin və 20 dəqiqə saxlayın.
- Əzilmiş şəkildə olan 1 xörək qaşığı bananı 1 yumurta sarısı, 1 çay qaşığı xama və ½ çay qaşığı bal ilə qarışdıraraq üzünüzə çəkin və 15-20 dəqiqə saxlayın. (Kapilyar torları olan dərilərdə maskanın tərkibində baldan istifadə edilməsi məsləhət görülmür.)
- Mavi gili, xama, limon şirəsi və balı bərabər nisbətdə olmaqla qarışdırın, üzə çəkin və 15-20 dəqiqə saxlayın.
- 2 çay qaşığı yağlı qidalandırıcı kremə 20 damcı vitamin A, 10 damcı vitamin E və 10 damcı vitamin D əlavə edərək qarışdırın. Alınan tərkibi dairəvi hərəkətlərlə üz dərinizə çəkin və 10 dəqiqə saxlayın.
- 1 yerkökünü kiçik dəlikli sürtgəcdən keçirin, üzərinə 1 çay qaşığı bal əlavə edin və üzünüzə çəkib 20 dəqiqə saxlayın.
- Bir lay pampığı kələm suyu ilə isladaraq üzünüzə qoyun və 10-15 dəqiqə saxlayın.
- 1 ədəd kartofu suda bişirdikdən sonra əzərək üzərinə 1 çay qaşığı xama, 1 çay qaşığı süd və 1 çay qaşığı badam yağı əlavə edərək qarışdırın. Alınan qarışığı üzünüzə çəkin və 15-20 dəqiqə saxlayın.
- Üzüm gilələrini blenderdə və ya əl ilə yaxşı əzin, 1 çay qaşığı düyü unu əlavə edin və yaxşı qarışdırın. Sonra maskanı üzünüzə çəkin və 15-20 dəqiqə saxlayın.
- 2 ədəd əriyi əzdikdən sonra üzərinə 1 çay qaşığı xama əlavə edin. Alınan qarışığı üzünüzə çəkin və 20 dəqiqə saxlayın.
- 1 xörək qaşığı cücərdilmiş buğda dənələrini üyütdükdən sonra üzərinə bir qədər qaynanmış isti su əlavə edin və üstünü qapaqla örtərək 10 dəqiqə saxlayın. Sonra üzərinə 1 xörək qaşığı yağlı qaymaq əlavə edərək qarışdırın və üzünüzə çəkib 15 dəqiqə saxlayın.
- Aloye bitkisinin yarpaqlarını yaxşı əzın, ½ çay qaşığı badam yağı əlavə edin və üzünüzə çəkib 15 dəqiqə saxlayın.
- 2 xörək qaşığı qırmızı lobyanı əzilənə qədər az miqdarda suda kip örtülmüş qabda bişirin. Sonra onu suyu süzməmək şərti ilə blenderdə əzin. Daha sonra ona ½ çay qaşığı ərik yağı əlavə edib yaxşı qarışdırın. Alınan maskanı üzünüzə, boynunuza və sinənizə çəkin və 20 dəqiqə saxlayın.
- 2 xörək qaşığı qurudulmuş dəniz yosunlarını (apteklərdə satılır) bir qədər ilıq suda isladın. Yumşaltdıqdan sonra ½ çay qaşığı ərik yağı əlavə edin və göz və dodaq hissələri üçün dəlikləri açılmış tənzifə çəkib üzünüzə qoyun. 20 dəqiqədən sonra maskanı götürün.
Xəbəri paylaş
1 9818 dəfə oxunub.
Digər xəbərlər

3-03-2019, 23:28
Avrasiya Kombat Ciu-Citsu Federasiyasında yeni təyinat
10-05-2021, 22:40
İKİ QURUMUN ƏMƏKDAŞI ƏLBİR OLUB TAKSİ SÜRÜCÜSÜN OVLADILAR
22-04-2016, 00:11
Doğuşdan “şərab ləkəsi” var, bütün dünya ondan danışır - Fotolar
30-11-2017, 16:23
Bakı məktəblilərinin qollarında şübhəli sıyrıqlar aşkarlandı - "Mavi balina" təhlükəsi - FOTO
5-03-2017, 18:19
Qadın, yoxsa kişi məntiqi? - Alimlər açıqladı
17-11-2016, 18:47
Azərbaycan Ordusunun irimiqyaslı təlimində YENİLİKLƏR - FOTO
21-10-2017, 17:07
Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”
20-04-2016, 12:10
Milli Məclisin gündəliyində nə var?