Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Meyiti qəbrə tez qoymayın!
Tarix: 17-04-2017 | Saat: 18:45
Bölmə:Karusel / İbadət | çapa göndər

Meyiti qəbrə tez qoymayın!

Həzrət Əba Abdullah (ə) buyurur: “O zaman ki, mömin qardaşını qəbrə tərəf aparırsan, onu dərhal qəbrə qoyma, bu yolla qəbri və meyitin daxil olmasını onun üçün çətinləşdirmə. Bəlkə meyiti qəbrin aşağı hissəsindən 2-3 zərə (məsafə ölçüsüdür) fasilədə qərar ver ki, hazırlıq əldə etsin. Sonra onu qəbrin dibinə qoy və əgər bacarsan, üzünü torpağa toxundurasan. Ona görə də üzünü aç və torpağın üzərində qoy. Yaxşı olar ki, meyitin vəlisi meyitin başının cənub tərəfində dayansın və şeytandan Allaha pənah aparıb, sonra “Fatihə”ni, “Nas”ı, “Fələq”i, “İxlas”ı, “Ayətül-kürsü”nü oxusun. Ondan sonra haqq əqidəsini dilinə gətirsin və İmamları (ə) bir-bir etiraf etsin və ta İmam Zamana (ə.f) qədər gəlib çatsın”. (Həvzəh)
Əziz İmam (ə) bu yolla möminlərə başa salmağa çalışır ki, meyit daxil olacağı evi ilə əvvəl tanış olmalı, ona daxil olmağa hazırlaşmalıdır. Ondan sonra onu qəbrə qoymaq lazımdır. Yəni, qəbrin böyük qorxu və dəhşəti vardır. Ona görə meyiti tez qəbrə qoymağa tələsmə. Ona fürsət ver, qoy özünü hazırlasın. Sonra yavaş-yavaş onu qəbrə yaxınlaşdırmağa çalış.(Deyerler.org)


Xəbəri paylaş

1 6908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___