Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Yuventus”a lazımi qədər qol vuracağıq” - Neymar
Tarix: 17-04-2017 | Saat: 13:25
Bölmə:Karusel / İdman | çapa göndər

“Yuventus”a lazımi qədər qol vuracağıq” - Neymar

“Barselona”nın hücumçusu Neymar Çempionlar Liqasında yarımfinal şanslarını dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçu növbəti dəfə futbol dünyasını şoka salmaq iqtidarında olduqlarını bildirib.

“Sambaçı” 1/4 final mərhələsinin ilk matçında 0:3 hesabı ilə məğlub olduqları “Yuventus”dan bunun revanşını almağa çalışacaqlarını vurğulayıb.

Neymarın fikrincə, komandası ardıcıl ikinci dəfə möcüzə gerçəkləşdirəcək gücdədi: “Mübarizəni 1/4 finalda dayandırmayacağımıza inanırıq. Atamın bir sözü heç vaxt yadımdan çıxmır. O demişdi ki, rəqibin kim olmasının heç bir önəmi yoxdu. Fakt odu ki, biz “Barselona”yıq. Bu komandanın əzəmətliliyi sonsuza qədər davam edəcək. Deməli, biz istənilən işin öhdəsindən gələ bilərik. Bunu bir dəfə PSJ ilə matçda göstərdik və yenidən təkrarlaya bilərik. Meydanda bütün gücümüzü ortaya qoymaq məcburiyyətindəyik. Əgər hər şeyi düzgün etsək, ikinci geridönüş olacaq. Bu komandanın potensialına hər kəs bələddi. İtirəcəyimiz bir şey yoxdu. Ən qorxulu komanda da itirəcək bir şeyi olmayandı. Əlbəttə ki, çətin olacaq. Çünki “Yuventus” böyük klubdu. Buna baxmayaraq, əgər 90 dəqiqə ərzində çox çalışsaq, əminəm ki, “Yuventus”a lazımi qədər qol vuracağıq”.

Qeyd edək ki, “Barselona” – “Yuventus” oyunu aprelin 19-da “Nou Kamp” stadionunda keçiriləcək.


Xəbəri paylaş

7278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___