Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şokolad haqqında heyrətamiz faktlar
Tarix: 15-04-2017 | Saat: 22:33
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Şokolad haqqında heyrətamiz faktlar


Şokolad tək başına və ya digər ərzaqlar və şirniyyatlarla birləşəndə də həqiqətən xoş bir dada malikdir. Bir çox insan şokolad yedikdən sonra, özlərini təqsirkar kimi hiss edirlər, lakin həftədə bir neçə ədəd şokolad dilimlərinin orqanizmlərinə verdiyi faydalardan xəbərsizdirlər.

Bəzi araşdırmalar acı şokoladın orqanizmi müxtəlif xəstəliklərdən qoruyan güclü antioksidantlar sayılan flavonoidlər baxımından çox zəngin olduğunu göstərir. Aşağıda şokolad haqqında bilmədiyiniz digər heyrətamiz faktlarları öyrənəcəksiniz:

Şokolad qəhvə və çay kimi, digər məhsullara nisbətən çox az miqdarda kofein ehtiva edir.
Şokolad təbii bir analgetikdir (ağrı kəsici). Şokolad yeməklə fərqli ağrıların qarşısını alıb müalicə etmək mümkündür.
Şokolad orqanizmdə yaxşı xasiyyətli bakteriyaların böyümə və inkişafına imkan verən bir qidadır.
Təkcə bir dilim şokoladda, 500 ft (təxminən 150 m) məsafəni qaçmağınıza kifayət edəcək qədər enerji var.
Flavonoid tərkibi sayəsində, dərinizi günəşdən qoruyur və günəş yanıqlarının qarşısını alır.
Şokoladın ətri, əsnəmə vəziyyətini təmin edən teta beyin dalğalarını artırır. Bu şirniyyat, eyni zamanda serotoninin yanında zövq və rifah hissləri üzrə məsul olan endorfinin ifraz olunmasına da təsir edir.
Şokoladın yaddaş və müvazinəti artırmaq qabiliyyəti də vardır. Bunun səbəbi isə yedikdən sonra iki-üç saat ərzində beyinə gedən qan axınını artıran flavonoid tərkibidir.

Antibakteriyal tərkibli kakao toxumları yüksək şəkər səviyyəsinə qarşı qorumanı təmin edərək çürüklərin qarşısını almağa kömək edir.

Yorğunluğu azaldır və fiziki fəallığı (performansı) inkişaf etdirir.

Acı şokoladın yüksək antioksidant tərkibi sayəsində, müntəzəm istehlak edənlərin həyat gözləntiləri də yüksəkdir.
Şokoladın antioksidant tərkibi, ürəyə müsbət təsir edir. Acı şokolad yemək, barteriyaları açır və qan axınını artırır. Əlavə olaraq, damar divarlarında toplanan ərplərin də qarşısını almağa kömək edir.
Bir çox insan buna inanmasa da, şokoladın tərkibindəki antioksidantlar çəkini azaltmağa kömək edir.
Hamiləlik dövründə istehlak edildikdə, stress və narahatlığınızı azaldır və əhvalınızı düzəltməyə kömək edir.
Dərini nəmləndirib qırışların qarşısının alınmasına kömək etdiyi üçün bir çox kosmetik vasitələrin tərkibində mövcuddur.



5748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___