Bakıda binaya görə ağacları kütləvi şəkildə qırırlar - VİDEO
Tarix: 14-04-2017 | Saat: 16:30
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Bakıın daha bir ərazisində kütləvi şəkildə ağac kəsilməsi faktı qeydə alınıb. Budəfəki hadisə Bakının Yasamal rayonu mətbuat prospektində yerləşən "Ovçular Evi" ətrafında qeydə alınıb.
"Xəbəraz.az " baku.ws-ə istinadən xəbər verir ki, ağacların kəsilməsi sosial şəbəkədə ciddi qınaq obyektinə çevrilib. Belə ki, çoxlu sayda küknar ağacı ekskavator vasitəsilə kökündən çıxarılıb.
Qeyd edək ki, sökülən binanın yerində Milli Məclisin deputatları üçün yaşayış binası tikiləcək. Ərazidə yerləşdirilən məlumat lövhəsinə əsasən demək olar ki, binanın söküntü işlərini "Böyük Plaza" adlı tikinti şirkəti aparır.
Tikiləcək binada isə yaşayış evlərindən əlavə, alış-veriş və əyləncə mərkəzi də olacaq.
Xatırladaq ki, 2014-cü ildə "Azərovçu" kimi tanınan "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin fəaliyyəti ilə bağlı ziddiyyətli xəbərlər gündəmə çıxırdı. Cəmiyyətə məxsus "Ovçular evi" binasının sökülərək yerində böyük biznes mərkəzinin tikiləcəyinə dair xəbərlər yayılmışdı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Azərovçu" tərəfindən saysız-hesabsız qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən hələ 2006-cı ildə ETSN ilə "Azərovçu" arasında ovçuluq təsərrüfatlarının idarə olunmasına dair bağlanmış müqavilələr ləğv edilib. Bütün ovçuluq təsərrüfatları Nazirliyin balansına keçib.
Xəbəri paylaş
6898 dəfə oxunub.
Digər xəbərlər

9-08-2016, 01:52
Günün qoroskopu: hücum taktikası seçməyin
20-07-2018, 14:01
Çox xəstəliklərin səbəbi budur - Orqanizmin göbələk və kiflə zədələndiyini necə bilmək olar?
2-03-2016, 13:32
Pəhriz saxlamadan artıq çəkidən qurtulun - YOLLARI
4-01-2019, 15:50
Xərçəngdən əziyyət çəkən azərbaycanlı aparıcı dünyasını dəyişdi
5-10-2016, 19:56
Tütün istehsalçılarına pul veriləcək
1-02-2017, 01:28
Mədət Quliyev KVN-çilərlə bir arada - FOTO
3-02-2021, 19:43
İlham Əliyev rektoru işdən ÇIXARDI