UEFA "Lyon"u cəzalandıra bilər - FOTOLAR
Tarix: 14-04-2017 | Saat: 13:28
Bölmə:Karusel / İdman | çapa göndər
UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən “Lyon” – “Beşiktaş” (2:1) matçında yaşanan qalmaqalın təfərrüatları açıqlanıb.
Qarşılaşmanın planlaşdırılan vaxtdan 45 dəqiqə gec başlaması Fransa təmsilçisinə baha başa gələ bilər.
Xatırladaq ki, oyunöncəsi yerli azarkeşlərin olduğu tribunalarda qarışıqlıq yaranıb. Yuxarı tribunalarda məşəllərin yandırılması və partlayıcı maddələrin atılmasından qorxan aşağı tribunalardakı azarkeşlər dərhal meydançaya doğru qaçıblar. Təxminən 2000-ə yaxın fanatın meydana girməsi aranın qarışmasına səbəb olub.
Bu hadisədən əvvəl isə Fransa polisi qonaq azarkeşlərə qarşı hərəkətləri ilə diqqət mərkəzinə düşüb. Belə ki, stadiona doğru mahnılar oxuyaraq gedən “Beşiktaş” fanatlarına polislər hücum çəkib, gözyaşardıcı qazlardan istifadə ediblər. Bu müdaxilə bir azarkeşin başından yaralanmasına səbəb olub. Həmçinin bir neçə türk fanata qarşı sərt davranan asayiş keşikçiləri onları bölməyə aparıblar.
Xəbəri paylaş
5848 dəfə oxunub.
Digər xəbərlər

22-12-2015, 14:46
“Qiymət artımının qarşısı alınacaq“ - Şahin Mustafayev
21-04-2016, 15:39
Erməni ordusunun itkiləri artır
22-07-2017, 10:39
Xəzərdə zəlzələ oldu
25-12-2015, 23:48
İŞİD hərbçilərini evakuasiya edir - Əsədlə razılaşma
30-08-2017, 15:17
Bakı Olimpiya Stadionu toy mərasimləri keçirməkdən imtina edib
16-05-2017, 19:38
Bakıda 12 yaşlı oğlan itkin düşdü