Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda ağır qəza: Üç nəfər yanaraq öldü – FOTO + VİDEO + YENİLƏNİB
Tarix: 14-04-2017 | Saat: 12:53
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Bakıda ağır qəza: Üç nəfər yanaraq öldü – FOTO + VİDEO + YENİLƏNİB

Bakıda baş verən yol qəzasında yanaraq ölən şəxslərin kimliyi məlum olub.

"Xəbəraz.az "xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Zığ şossesində “KİA” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107”-də yanaraq ölən şəxslərin avtomobilin sürücüsü - 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu, həmin avtomobildə olan sərnişinlər – 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu olduqları müəyyən edilib.

10:06

Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil “KİA” markalı avtomaşınla toqquşub. Hadisə zamanı “VAZ 2107” markalı avtomaşın alışaraq yanıb.

Hadisə yerində FHN-in Dövlət Yanğınsöndürmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

FHN-dən bildirilib ki, hadisə zamanı “VAZ 2107”-də olan hər üç sərnişin yanaraq ölüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.

Araşdırmalar davam etdirilir.

09:27

Bu gün Bakının Zığ qəsəbəsindən hava limanı istiqamətində olan yolda dəhşətli qəza baş verib.
"Xəbəraz.az " Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza səhər saatlarında olub.


“KİA” markalı 90 VT 097 nömrəli avtomobillə 10 AX 002 nömrəli “VAZ 2107” markalı avtomaşın toqquşub. Qəza nəticəsində “VAZ 2107” markalı avtomaşın alışaraq yanıb.

İlkin məlumata görə, avtomobilin içində 2 nəfər yanaraq ölüb.
Bakıda ağır qəza: Üç nəfər yanaraq öldü – FOTO + VİDEO + YENİLƏNİB
Bakıda ağır qəza: Üç nəfər yanaraq öldü – FOTO + VİDEO + YENİLƏNİB
Bakıda ağır qəza: Üç nəfər yanaraq öldü – FOTO + VİDEO + YENİLƏNİB
Bakıda ağır qəza: Üç nəfər yanaraq öldü – FOTO + VİDEO + YENİLƏNİB





Xəbəri paylaş

6128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___