Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda insanların mədəsindən mismar, çəngəl, bıçaq çıxıb – VİDEO
Tarix: 13-04-2017 | Saat: 22:15
Bölmə:Karusel / Hadisə / Maraqlı | çapa göndər

Azərbaycanda insanların mədəsindən mismar, çəngəl, bıçaq çıxıb – VİDEO

Biri, 1 metrə yaxın uzunluğu olan lom udub. Digərinin isə mədəsindən çəngəl, bıçaq, mismar çıxarılıb.

"Xəbəraz.az " Xəzər TV-yə istinadən xəbər verir ki, Respublika kliniki xəstəxanasında eksponat kimi saxlanılan bu əşyalar insanı həm təəccübləndirir, həm də suallar doğurur. Misal üçün maraqlıdır ki, çəngəl, bıçaq insan mədəsinə necə olub düşüb? Əməliyyatları gerçəkləşdirən xəstəxananın şöbə müdiri Fariz Camalov belə cisimlərin adətən intihar məqsədilə udulduğunu qeyd edir.

Güllə isə müharibə zamanı xəstənin çiyninə dəyib və istiqamət dəyişərək əzələlər arasında ilişib qalıb. Mismarlar da özünə zərər vermək məqsədi ilə bədənə daxil edilib. Cərrah başqa maraqlı hallarla da rastlaşdıqlarını deyir.

Fariz Camalov qeyd edir ki, illər əvvəl rayonlardan birində əməliyyat zamanı işıqlar sönüb və lampadan istifadə olunub. Həmin vaxt bir neçə kibrit dənəsi də xəstənin mədəsinə düşüb. İllər sonra xəstə fəsadlar yarandığına görə həkimə müraciət edəndə həmin kibrit çöpləri aşkarlanaraq götürülüb.

Mövzu ilə əlaqədar ətraflı reportajı təqdim edirik :



Xəbəri paylaş

8238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___