Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda istirahət mərkəzində ölən fəhlələrin ADI BİLİNDİ - YENİLƏNİB
Tarix: 12-04-2017 | Saat: 20:26
Bölmə:Karusel / Gündəm / Hadisə / Xəbəraz TV | çapa göndər

Bakıda istirahət mərkəzində ölən fəhlələrin ADI BİLİNDİ - YENİLƏNİB


Bakıda binada uçqun nəticəsində ölənlərin adları məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində ölənlər 1983-cü Yolçuyev Ramal Layiq oğlu və 1973-cü il təvəllüdlü İbrahimov Rövşən İsmayıl oğludur.

**
17:03
Bakıda istirahət mərkəzində baş verən uçqun nəticəsində yaralanan şəxslərin adları açıqlanıb.

3-cü yaralı Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib. Bu, 36 yaşlı Tofiq Hüseynovdur. Digər yaralılar kimi onun da ayağı sınıb.

***

Bu gün Bakının Səbail rayonunda baş vermiş uçqun hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Salyan yolu 32 ünvanında “Green City” istirahət mərkəzi ilə üzbəüz (yolun şəhərə gələn istiqaməti) tikilən yeni binanın ikinci mərtəbəsi uçub. Bunu FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.

**
16:47

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində ölən şəxslərin hər ikisi kişidir. Onlar istirahət mərkəzində fəhlə işləyirmirş. Hazırda FHN əməkdaşları hadisə yerindədir. Əlavə itkinin olub-olmaması araşdırılır.

***

16:40

Bakıda istirahət mərkəzinin uçması nəticəsində iki nəfər dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, uçqun zamanı hadisə yerində 6 nəfər olub.

Bir nəfər hadisə yerində ölüb, digər şəxs isə xəstəxanada dünyasını dəyişib.

Yaralılardan birinə yerindəcə yardım göstərilib. Qalan 3 nəfər yaralı isə 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") yerləşdirilib.

***

16:40

Yaralılardan ikisinin adı məlum olub. Onlar Orucov Ayaz Bayram oğlu, Mehdiyev Əmir Teymur oğludur. Hər iki şəxs bədənin aşağı ətraflarının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


***
16:30
Bakı şəhərində bina uçub.

Paytaxtın Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində baş verib.

Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.

[media=http://https://youtu.be/3_4ubSjXvbw]


Xəbəri paylaş

7578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___