Bakıya göndərilən 170 minlik dərman yoxa çıxdı
Tarix: 12-04-2017 | Saat: 16:53
Bölmə:Karusel / Hadisə | çapa göndər
Azərbaycanın “Epidbiomed” tibbi şirkətinə məxsus dərman və digər tibbi ləvazimatlarla yüklü 20 tonluq avtomobil Ukraynada naməlum şəxslər tərəfindən oğurlanıb.
Şirkətin baş direktoru Surxay Mustafayev APA-ya bildirib ki, sürücüsü ilə birlikdə yoxa çıxan avtomobildə 170 000 avroluq yük olub.
Avstriyadan Bakıya yola salınan yükün olduğu avtomobil Ukrayna ərazisinə girdikdən sonra sürücü ilə əlaqənin itdiyini bildirən S. Mustafayevin sözlərinə görə, yükü çatdırmağa Ukrayna şirkəti məsul olub:
"Yükün çatdırılmasını “Rodnev” şirkəti üzərinə götürüb. Rəsmi müqavilə bağlamışıq. Dərman və digər tibbi ləvazimatlardan ibarət yük Avstriyadan alınıb, Ukraynaya qədər problemsiz gəlib. Ukrayna ərazisində isə sürücü Taras Revayla əlaqə kəsilib. Maşın yoxa çıxdıqdan sonra “Rodnev” şirkəti də bizimlə əlaqəni müəmmalı şəkildə kəsib. Xeyli müddət əlaqə yarada bilmədik, sonradan öyrəndik ki, yük naməlum şəkildə oğurlanıb. Ukraynanın bir sıra rəsmi qurumlarına müraciət etsək də, cavab və nəticə yoxdur”.
S. Mustafayev onu da əlavə edib ki, yükün yoxa çıxmasında “Rodnev” şirkətinin əli olduğunu ehtimal edirlər.
Qeyd edək ki, son bir neçə ay ərzində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 18 ağır tonnajlı yük maşınları Ukraynada oğurlanıb.
Xəbəri paylaş
6808 dəfə oxunub.
Digər xəbərlər

15-09-2022, 11:39
MİDA-nın yeni mənzillərinin satışı dayandırıldı - SƏBƏB
25-11-2017, 11:19
Bakı Nəqliyyat Agentliyindən XƏBƏRDARLIQ
27-02-2017, 12:08
“Pulunuzun 70 faizini dollarda saxlayın” - Ekspert məsləhəti
7-08-2015, 13:26
Pullu oğlan qızların başına oyun açdı VİDEO
11-11-2016, 11:05
Bütün Əl Qaidə liderlərinə ölüm fərmanı verildi
14-09-2017, 15:56
"Kolada SPİD var" mesajını Rəfael İsgəndərovun oğlu yayıb? - VİDEO
17-08-2023, 20:42
Sumqayıtda maşın səkiyə çırpılıb aşdı, 3 yaralı var - VİDEO
5-11-2015, 12:53
Sevda ilə Emmanın qardaşı...
8-11-2018, 14:56
Zamirə Hacıyeva ev dustaqlığına buraxılıb
19-06-2017, 13:21
I sinifə qəbul üzrə müsabiqə yekunlaşır - VAXT AÇIQLANDI