Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qadın ərinin cibindən icazəsiz pul götürə bilərmi?
Tarix: 09-04-2017 | Saat: 20:35
Bölmə:Karusel / İbadət | çapa göndər

Qadın ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Bəzi hallar istisna olmaqla, qadının ərindən gizli onun pulunu xərcləməsi ailədə səmimiliyin və etibarın itməsinə gətirə bilər.
Əgər əri israfçıdırsa, qadın onun xəbəri olmadan bir miqdar əlavə pul yığa bilər. Ancaq ailə başçısı kimi ərinə də bunu deməsi daha yaxşıdır.
Əri evdə olmadığı halda qadın evin büdcəsindən hər hansı zəruri ehtiyac üçün pul xərcləyə bilər, çünki o zəruri ehtiyacı ödəmək əslində kişinin borcudur. Aişə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, (bir dəfə) Muaviyənin anası Hind Peyğəm­bərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Əbu Sufyən (Hindin əridir) xəsis adamdır. Əgər mən onun malından gizlincə götür­səm, mənə günah sayılarmı?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Adətən, sənə bəs edəcək qədər özün də götür, oğlanların da (götürsünlər)!" (əl-Buxari, 2211).
Əri qadına evdəki büdcədən və ya cibindən pul xərcləmək üçün icazə veribsə, onda qadının icazə almasına ehtiyac yoxdur.
Qadın ərinin izni olmadan öz şəxsi qazancını yığa və sədəqə verə bilər, lakin ərinin bunu bilməsi ailədə səmimiliyin qorunmasına səbəbdir.
Qadın dəqiq bilirsə ki, əri onun verdiyi sədəqəyə əri etiraz etməyəcək, ərinə demədən verə bilər, lakin desə daha yaxşıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Qadın (ailə üzvlərinə) ziyan vurmadan evində olan yeməkdən sədəqə versə, verdiyinin savabını qazanar; əri də qazandığının savabını alar; həmçinin xidmətçiyə də bir o qədər savab çatar; birinin savabı digərinin savabından heç bir şey azaltmaz". (əl-Buxari, 1425).
Əgər kişinin borcu varsa, bu borcu ödəmək üçün qadın ərindən xəbərsiz pul yığaraq axırda ona verə bilər. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!" (əl-Məidə, 2).
Qadın kişinin cibindən icazəsiz götürdüyü pulu zərurət olmayan şeylərə xəcləyirsə və üstəlik, əri bundan narazıdırsa, bu halda qadın günah qazanır.(Zikr.az)



8418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___