Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda görünməmiş faciə: ailə 3-cü qızına da eyni adı qoydu, o da öldü
Tarix: 09-04-2017 | Saat: 17:37
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanda görünməmiş faciə: ailə 3-cü qızına da eyni adı qoydu, o da öldü


Dünən Salyan rayonunun Noxudlu kəndində özünü zəhərləyərək intihara cəhd edən 21 yaşlı Gülmira Cahangirova vəfat edib. Salyan rayon Mərkəzi Xəstəxanasından Lent.az-a bildirilib ki, ağır vəziyyətdə olan gən qız bu gün dünyasını dəyişib.

Qeyd edək ki, G.Cahangirovanın ailəsində daha əvvəl anadan olan və Gülmira adı verilən iki bacısı da bədbəxt hadisənin qurbanı olub. Onun qardaşı isə yanğında ölüb. İki il əvvəl isə qızın atasının ürəyi baş verən hadisələrə dözməyərək partlayıb.

xxxxx


11:09

Dünən axşam saatlarında Salyan rayonunun Noxudlu kənd sakini, 1996-cı ildə anadan olmuş Cahangirova Gülmira Qəhrəman qızı komatoz vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. "Xəbəraz.az "virtualaz.org-a istinadən xəbər verir ki, həkimlər aqonal vəziyyətdə olan xəstəyə bir neçə həb qəbul etdikdən sonra bu vəziyyətə düşdüyündən, medikamentoz zəhərlənmə diaqnozu qoyublar.

Bildirilir ki, Gülmira adında ailənin 2 qızı bundan əvvəl faciəvi şəkildə ölübmüş. Belə ki, illər öncə ailənin Gülmira adlı qızı körpə olarkən həyətlərindəki su kanalında boğularaq ölüb. Bundan sonra ailə yeni doğulan qızına yenə həmin adı verib. Amma bundan 2-3 il sonra həmin qızcığaz da körpə bacı və qardaşı ilə birgə evləri qarışıq yanaraq ölüb. Bir müddət sonra-1996-cı ildə anadan olmuş qıza yenə də Gülmira adı verilib.

Ailənin başına gələnlərdən qızın atası Qəhrəman artıq əsəb xəstəliyinə tutlubmuş və il yarım əvvəl xəstəlikdən dünyasını dəyişib. Elə Gülmira da ailələrinin başına gəlmiş faciələrdən sarsıntı keçirərək yaşamaq istəmədiyini deyirmiş. Bu səbəbdən o, evdə atasından qalmış psixotrop maddələrin bir neçəsini qəbul edərək intihar etməyə cəhd edib.


Xəbəri paylaş

1 6018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___