Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
1843 ailə yeni mənzillə təmin ediləcək - FOTO
Tarix: 08-04-2017 | Saat: 11:13
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Foto-fakt | çapa göndər

1843 ailə yeni mənzillə təmin ediləcək - FOTO


Ölkə vətəndaşlarının güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.

"Xəbəraz.az " xəbər verir ki, Agentlikdən xezerxeber.az-a verilən məlumata görə, 2016-cı ilin dekabr ayının 24-də Azərbaycan Respublıkasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə kompleksin ilk 9 mərtəbəli yaşayış binasının və ərazidə yerləşəcək 960 yerlik ümumtəhsil məktəbinin təməli qoyulub.

Qeyd olunub ki, 72 mənzildən ibarət olacaq ikibloklu 9 mərtəbəli yaşayış binasının artıq 3-cü mərtəbəsi, ümumtəhsil məktəbinin isə 2-ci mərtəbəsi inşa olunur. İş qrafikinə uyğun olaraq hər iki obyektin 2018-ci ilin yay aylarında tam təhvil verilməsi planlaşdırılır.

Ümumilikdə qanunvericilikdə nəzərdə tutulmuş dövlət ekspertiza və tender prosedurları başa çatdırılaraq, hazırda isə 16 yaşayış binasının tikintisinə və elektrik xətlərinin çəkilməsinə başlanılıb.

Aprel ayı ərzində daha 7 binanın tikintisi, su və kanalizasiya sisteminin qurulması işləri ilə əlaqədar tender prosedurları yekunlaşacaq və tikintiyə start veriləcək.

Ümumi sahəsi 11,6 hektar təşkil edən Yasamal Yaşayış Kompleksi 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq.

Bunlardan 12-si birbloklu 12 mərtəbəli, 17-si isə ikibloklu 9 mərtəbəlidir. Kompleksin tikintisi başa çatdıqdan sonra ümumilikdə 1843 ailə yeni mənzillə təmin ediləcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.

Eyni zamanda, Yasamal Yaşayış Kompleksinin layihələndirilməsi zamanı gələcək sakinlərinin yüksək yaşayış keyfiyyətini və gündəlik həyatda rahatlığını təmin etmək məqsədilə sosial-məişət infrastrukturunun yaradılmasına xüsusi diqqət ayrılıb.

Belə ki, ərazidə 960 yerlik ümumtəhsil məktəbi ilə yanaşı, 240 yerlik uşaq bağçası, ticarət mərkəzi, habelə müvafiq ictimai iaşə, məişət və digər xidmət obyektlərinin tikilməsi nəzərdə tutulur.

Bununla yanaşı, qanunvericiliyin tələblərinə və şəhərsalma normalarına əsasən, Yasamal Yaşayış Kompleksinin tikinti sahəsi ümumi ərazinin təqribən 25%-ni təşkil edəcək.

Ərazinin 75%-ə yaxın hissəsi həyətlər, yaşıllıq zonaları, uşaq meydançaları, stadion, nəqliyyat və piyadaların hərəkətinin təşkili üçün istifadə olunacaq.

Eyni zamanda, kompleks ərazisinin yaxınlığında şam ağaclarından ibarət 5 hektara yaxın yaşıllıq zonasının mövcudluğu da bu ərazidə sağlam və ekoloji cəhətdən təmiz ətraf mühitin təmin olunmasına müsbət təsir edəcək amillərdəndir.


1843 ailə yeni mənzillə təmin ediləcək - FOTO
1843 ailə yeni mənzillə təmin ediləcək - FOTO


Xəbəri paylaş

7768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___