Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
"Saman altından su yeridən" BÜRCLƏR
Tarix: 7-04-2017, 19:24 | Saat: 15:47:00
Bölmə:Karusel / Qoroskop | çapa göndər

"Saman altından su yeridən" BÜRCLƏR


Sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsi olması danılmaz faktdır, bir növ tərgidə bilmədiyimiz xəstəlikdir. İnsanlar həm öz həyatını nümayiş etdirməyi, həm də başqalarının həyat fəaliyyətini izləməyi sevir.
Sosial şəbəkələrin yaranması nəticəsində lüğətimizə yeni terminlər də daxil olub. Sosial şəbəkələrdə çox vaxt keçirən, başqalarını saxta profillərdən izləyən insanlara stolker (gizli təqibçi) deyilir.
Astroloqlar bu dəfə bürclərin sosial şəbəkədə gizli fəaliyyəti ilə bağlı apardığı araşdırma nəticəsində xarekterlərinə görə maraqlı faktlar əldə edib.

Qoç


Qoç bürcüləri inadkar və barışmazdır. Onların iddiası o dərəcədə böyükdür ki, bəzən öz daxili aləminin səsiylə belə inad edə bilərlər. Bu da onları özləriylə mübarizə aparan stolker edir. Tez-tez öz-özünə "Görəsən, o, yeni şəkil paylaşıb?", "Sevgilisi ilə barışıb” və s. bu kimi suallar üzərində baş sındırdıqdan sonra "Sənə nə!" cavabı ilə özünü sakitləşdirməyə çalışır.
Buğa


Buğa bürcləri kimisə gizli-gizli güdməyə ehtiyac duymur. Etsələr də, bunu gizlincə etməzlər. Yəni birini izləmək istəyirsə, edir, hətta suallar verib ünsiyyət qurur. Təqib etmək istəmirsə, vecinə də olmur. Bu səbəbdən də Buğaları stolker adlandırmaq doğru olmaz. Çünki stolkerin əsas məğzi gizlilikdir.
Əkizlər


Nə istədiyini bilməyən Əkizlər stolker olmasına baxmayaraq, ikili xarakteri ona bu işdə mane olur. Bir gün səhərdən axşama qədər kimisə stolk edə bilər, ertəsi gün tamamilə unuda bilər.
Xərçəng


Çox açıqsözlü, ailə canlı olsa da, bu məsələdə ən hiyləgər bürcdür. Buna baxmayaraq, hiyləgərliyi ona mahir stolker olmasına kömək etmir. Gizli-gizli izlədiyi şəxsin səhifəsində ya səhvən bəyən düyməsini basır, ya da nə cürsə özünü ələ verir, yaxud da söhbət zamanı ağzından müxtəlif məlumatları qaçırır.
Şir


Məlum olduğu kimi, Şir bürcləri çox qürurludur. Kimisə gizlin şəkildə təqib etmək onların qürurlarını çox incidir. Odur ki, tutulmamaq üçün hər şeyi edirlər. Amma hərdən bir işin üstü açıla bilər. Pərt olmuş Şirlər stolkerlikdən yalnız qısa bir müddət uzaq qala bilər. Heç vaxt məğlub olmaz və yorulmazlar.
Qız


Yetkin Qız bürcləri bir gün ərzində minlərlə detalı problemə çevrir. Xırdaçılığı ilə hər kəsi bezdirən Qızlar stolk məsələsində də ustalıqla nümayiş etdirə bilir. Bu səbəbdən onun sizi gizli-gizli izlədiyinə dair heç bir iz tapa bilmərsiniz. Qız bürcləri stolk mövzusunda ilk sıralarda yer alır.
Tərəzi


Tərəzi bürcləri bəzi məsələləri lazım gəldiyindən artıq şişirtməsi ilə məşhurdur. Gizli təqib məsələsində onlar da bacarıqlıdır, lakin həddi bəzən lap aşırlar. Məsələn, stolkladıqları bir insanın ən yaxın dostunu da, daha sonra ən yaxın dostunun qohumunu, onun ev yoldaşını və s. tanımadığı şəxsləri izləyə bilər. Tərəzi bürcləri haqqında məxfiliyi uğurlu, hədəf isə uğursuzdur demək olar.
Əqrəb


Ən peşəkar stolkerlər sözsüz ki, Əqrəblərdir. Əqrəb bürcü zodiak iaşarələri arasında intuisiyası ən qüvvətli bürcdür. Odur ki, arxadan iş çevirməkdə, saman altından su yeritmək kimi işlərdə də çox mahir olan Əqrəblərin stalk məsələsində uğurlu olması heç təəccüblü deyil. İllərlə sizi təqib edə, həyatınız haqqında məxfi məlumatlar əldə edə bilər, amma sizin bundan heç ruhunuz da inciməz. Qarda yeriyər, izini qoymaz. Çox gizli çalışırlar.
Oxatan


Oxatan bürcü şən, həyat dolu görünsə də, zaman-zaman enerjisi aşağı düşür. Sosial şəbəkələrdən istifadəsi də enerjisinin olub-olmamasından asılıdır. Kədərli olduğu vaxtlar sosial şəbəkələrdən adətən stlok məqsədiylə istifadə edir, xoşbəxt olduqda isə əksinə, sadəcə nə isə paylaşmaq məqsədli istifadə edir. Mahir stolker olduğu deyilə bilər.
Oğlaq


Oğlaq bürcləri özünü dəyərli hiss etməyi çox sevir. Bu səbəblə stolklayan tərəf deyil, stolklanan olmağı üstün tutur. Uğursuz stolker olması əslində qarşı tərəfin onun bu addımından xəbərinin olması istəyindən irəli gəlir. Stolk məsələsi onun üçün bir növ diqqət çəkmək üçün vasitədir. Həyatını, xoşbəxt anlarını, düşüncələrini başqalarına nümayiş etdirməkdən zövq alır, insanların onu izləməsi və təqib etməsi onda böyük bir həzz yaradır.
Dolça


Dəlilik və dahilik arasında qalan Dolça bürcləri idealistdir. Stolk etməkdə əsas məqsədi tənqid etmək və ya kiməsə dərs verməkdir. Özəl bir nəfəri deyil, bir çox adamı və ya hesabı gizli-gizli izləyir və tənqid etməkdən böyük həzz alaraq günü bağlayır.
Balıq


Sosial şəbəkələrdə insanların fəaliyyətlərini gizlin şəkildə izləmək Balıq bürcləri üçün bir növ əyləncədir. Ən yaxın dostları bir araya gələndə birlikdə əyləncə məqsədiylə hər kəsi güdməkdən zövq alırlar. Balıq bürcü də əslində insanların fəaliyyətlərini güdmək məsələsində çox mahirdir, eyni zamanda bunu pis niyyətlə etmir, məqsədi yalnız əylənməkdir. Xəyal dünyasının geniş olması sayəsində rəfiqələrinə yeni dedi-qodular çatdırır.publika


5658 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
13-06-2016, 12:39 Ramazanda makiyaj olar?

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
18-07-2018
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___