Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Stokholmda TERAKT - Ölənlər var - VİDEO - YENİLƏNİB
Tarix: 07-04-2017 | Saat: 18:50
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər

Stokholmda TERAKT - Ölənlər var - VİDEO - YENİLƏNİB


18:18

İsveçin paytaxtı Stokholmda kütlənin üzərinə sürülən yük maşını "Spendrups" şirkətinə məxsus olub.
"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, şirkətin nümayəndəsi avtomobilin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib:

"Sürücü malların yüklənməsi zamanı bir qədər uzaqlaşarkən naməlum şəxslər avtomobili qaçırıb".

Qeyd edək ki, Stokholmda yük maşını kütlənin üzərinə sürülüb. Hadisə nəticəsində 3 nəfər həlak olub, xəsarət alanlar var.

Polisin şübhəli şəxsi saxladığı bildirilir.

----------

18:06

İsveçin baş naziri Stefan Löfven bildirdi ki, baş vermiş hadisə teraktdır.

Şahidlərin dediyinə görə, sürücü maşını dükana çırpmazdan əvvəl "Allahu-əkbər" deyirmiş.

-----------

17:57

İsveçin paytaxtı Stokholmun mərkəzində, Klarabergsgatan səmtindəki "Ahlens Mall" ticarət mərkəzinə girən yük maşınının potensial terrorçu tərəfindən idarə olunduğu istisna edilmir.


Avtomobil Stokholmun əsas piyada-gəzinti küçəsi sayılan Drottninqatana çatanda yaşanıb. Küçədə çoxsaylı kafelər, dükanlar, restoranlar var.

"Sveriges Radio" olayda 3 nəfərin, "Aftonbladet" isə daha çox şəxsin həlak olduğunu xəbər verib.

Yük maşınının sürücüsü "Geri çəkilin, qaçın, bu zarafat deyil!" bağırırmış.

İsveçin baş naziri Stefan Leven az sonra olayla bağlı jurnalistlərin suallarını cavablayacaq.

Stokholm polisinin fikrincə, olay terror aktıdır.

-----------

17:30

İsveçin paytaxtı Stokholmda yük maşını insanların üzərinə sürülüb. Yük maşını bunun ardınca alış-veriş mərkəzinə çırpılıb.

3 adamın həyatını itirdiyi hadisədə İsveç polisi xeyli sayda yaralının olduğu məlumatını verib. Yaralılar xəstəxanalara daşınır.

İsveç mətbuatında yer alan məlumatlara görə, hadisə Drottninqatan prospektində baş verib. Drottninqatan Stokholmun turistik alış-veriş prospekti hesab edilir.

Hadisə şahidləri olay yerində yüzlərlə adamın olduğunu və hər kəsin qaçmağa çalışdığını söyləyib.

Polis ilkin ifadəsində hadisənin terror aktı olduğu ehtimal edilir.




Xəbəri paylaş

6788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___